SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikanın energetika sistemi davamlı inkişaf mərhələsinə yüksəlib

20-10-2017, 16:51 | Oxunub: 11 200 |

Muxtar respublikanın energetika sistemi davamlı inkişaf mərhələsinə yüksəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə energetika sahəsində çalışanların peşə bayramı günü kimi qeyd olunur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvan ciddi enerji böhranı ilə üzləşən zaman ulu öndər Heydər Əliyevin apardığı danışıqlar nəticəsində 1993-cü ildə İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından isə 63 meqavat elektrik enerjisi nəqlinə başlanılıb. Bu dövrdən etibarən muxtar respublikada müxtəlif gücə malik transformator yarımstansiyaları quraşdırılıb, yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib, idxal olunan elektrik enerjisinin itkisiz paylanması, avadanlıqların yüklənməsinin qarşısını almaq və enerji təchizatının etibarlılığını yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülüb. Müstəqillik illərində də Ümummilli Liderimiz ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlayıb, bu sahənin maddi-texniki təchizatı xeyli gücləndirilib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın digər sahələri kimi, elektrik enerjisi üzrə də proqramlar hazırlanaraq uğurla icra edilir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də inkişafı təmin edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda muxtar respublikada bu sahədə ardıcıl tədbirlər görülür. 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qaz ilə işləmə rejiminə keçirilib, 220 kilovoltluq “Babək” yarımstansiyasında yenidənqurma işləri aparılıb. Həmin il ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası və Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası istismara verilib. 2010-cu ildə isə 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının, 2014-cü ildə Arpaçay Su Anbarı üzərində 20,5 və 1,4 meqavat gücündə 2 su elektrik stansiyasının, 2015-ci ildə 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və bu il stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Bütün bunların nəticəsidir ki, bir zamanlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını qismən ödəyən Naxçıvanda bu gün daxili istehsal hesabına ən ucqar dağ kəndi belə fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunur. Hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 239,4 meqavat təşkil edir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada günəş və su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ümumi istehsalın 60 faizindən çoxunu təşkil edir.

Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər əhalinin tələbatını ödəməklə yanaşı, həm də Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın davamlı inkişafını təmin edib. Buna görə də enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada mövcud elektrik stansiyalarının, yarımstansiya və elektrik verilişi avadanlıqlarının təmiri ilə yanaşı, yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi sahəsində də mühüm işlər görülür. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçmə işləri aparılır. Həmçinin gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması hazırlanır.

Muxtar respublikada istehsal olunan elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması məqsədilə yeni transformator yarımstansiyaları tikilir, mövcud olanlar yenidən qurulur. Son illər “Xal-xal”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan”, “Ordubad” və “Qıvraq” transformator yarımstansiyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmçinin bu il Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati idarə binasının və yeni 35/10 kilovoltluq transformator yarımstansiyasının açılışı olub.

Bu gün elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradır. Gənclərin istehsal və iş sahələrinə cəlbi onların təcrübi biliklərinin möhkəmləndirilməsinə və peşəkar kadr kimi yetişməsinə imkan verir.

Muxtar respublikanın energetikləri elektrik enerjisindən səmərəli istifadə olunması, enerji itkisinin minimum səviyyədə saxlanılması və sərfiyyata uyğun enerji dəyərinin ödənişinin təmin olunmasında səylə çalışırlar. Hazırda Naxçıvan şəhərində smartkart tipli sayğacların quraşdırılması davam etdirilir. Həmçinin əməkdaşlar tərəfindən elektrik enerjisindən səmərəli istifadə olunması, israfçılığın, elektrik enerjisindən qanunsuz və sayğacdankənar istifadənin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin kollektivi yaşayış məntəqələrinin, istehsal və xidmət sahələrinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchizatını daim diqqət mərkəzində saxlayır. Energetika işçiləri bundan sonra da muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklər.

Emtv.az
Muxtar respublikanın energetika sistemi davamlı inkişaf mərhələsinə yüksəlib
Muxtar respublikanın energetika sistemi davamlı inkişaf mərhələsinə yüksəlib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR