18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şərurda su-kanalizasiya sistemləri yenidən qurulur
Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda əhalinin təmiz və keyfiyyətli içməli su ilə təmin olunması, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Emtv.az xəbər verir ki, hazırda Şərur şəhərində “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi həyata keçirilir.
Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə rayonda ümumi tutumu 27 min 500 kub olan 3 anbar da tikilib, mövcud qalereyanın təmiri, yeni infrastrukturların, siyirtmə kamerasının tikintisi başa çatdırılıb. Bundan başqa, qalereyadan anbarlara qədər 1,5 kilometr uzunluğunda boru xətti, buradan Şərur şəhərinədək 9 kilometr əsas aparıcı boru xətti çəkilib. Layihə çərçivəsində 58 kilometrdən artıq müxtəlif diametrli paylayıcı su xətləri, buna paralel olaraq kanalizasiya sistemləri hazır vəziyyətə gətirilib. Evlərə birləşdirici xətlərin çəkilişi aparılıb.
Layihə çərçivəsində Şərur rayonunda bu günədək, ümumilikdə, 58 kilometr su xətti, 20 kilometrdən çox kanalizasiya xətti çəkilib, 1030 ev su xəttinə, 207 ev isə kanalizasiya şəbəkəsinə qoşulub.
Su və kanalizasiya şəbəkələrinin çəkilişi zamanı istifadə olunan su sayğacları, borular, quyu qapaqları, yanğın hidrantları və digər avadanlıqlar yüksək keyfiyyətə malikdir.
Emtv.az