18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan idmançısı Avropa rekordunu yeniləyib
Kosovanın paytaxtı Priştina şəhərində sentyabrın 22-dən 30-dək 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi keçirilir. Yarışda 40-a yaxın ölkədən 305 atlet medallar uğrunda mübarizə aparır. Azərbaycan yığmasının 9 üzvü də birincilikdə iştirak edir.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, millimizin heyətində Kosovaya yollanan idmançılar arasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev də var.
İdmançımız mübarizədə böyük uğur qazanıb. Belə ki, Tərmenxan Babayev ardıcıl olaraq 6 dəfə Avropa rekordunu yeniləyib. Yaşı 15-ə qədər olan atletlərin mübarizəsində (A qrupunda) 85 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan Naxçıvan idmançısı bu uğura 291 kiloqramı qaldırmaqla nail olub.
İdmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.
Emtv.az