SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Deputat Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi

19-09-2017, 16:52 | Oxunub: 8 364 |

Deputat Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi

Bu gün Hesablama Palatası növbəti kollegiya iclasını keçirib.

Emtv.az xəbər verir ki, iclasın gündəliyində bir məsələ dayanırdı-Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılmasına, icrasına dair aparılmış auditin nəticələrinə dair hesabatın müzakirəsi.
Məlumatda deyilir ki, Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Hesablama Palatası həmin qərarın icrasını təmin etmək üçün aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsinə və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmasına da qərar verib. “İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilib”-məlumatda deyilir.

Azərbaycan Dövlət İqtisad Universitetində 2012-2014-cü illər Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin rektorluq etdiyi dövrdür. Şəmsəddin Hacıyev Azərbaycanın ali təhsil sisteminin ən korrupsiyalaşmış rektorlarından biri hesab olunurdu və onun barəsində dəfələrlə mətbuatda ciddi korrupsiya əməllərinə dəlalət edən iddialar dərc edilib. Bəs Hesablama Palatasını Şəmsəddin Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetində düz on ilik rektorluq fəaliyyətinin son üç ilini niyə yoxlamaq qərarına gəlib və Palatanın açıqlamasında bəhs edilən “ciddi nöqsanlar” nədən ibarətdir?

Təhsil sektorundakı mənbələr virtualaz.org-a bildiriblər ki, Hesablama Palatasının keçirdiyi audit zamanı ortaya çıxan korrupsiya faktları kifayət qədər ciddidir. Mənbənin bildirdiyinə görə bura təhsil haqqı kimi daxil olan külli miqdarda vəsaitlərin mənimsənilməsi, xüsusən Dağıstan universitetlərindən çoxsaylı tələbə köçürmələrinin həyata keçirilməsi və bu zaman sanballı məbləğlərdə rüşvət alınması, büdcə vəsaitlərinin talan edilməsi kimi əməllər daxildir.

Məlumatlara görə deputatın ailə üzvlərinin idarəçiliyidə olan “Turan-2009” MMC, “İqtisadçı” MTK və digər şirkətlər onun universitetdə qurduğu korrupsiya sxemində əsas rol oynayıblar. Həmin şirkətlər tenderlər keçirilmədən universitetdən hər il milyonlarla manatlıq sifarişlər alıblar. Təkcə 2013-ci ildə həmin şirkətlər üzərindən universitetin büdcəsindən 11.3 milyon manata yaxın vəsait çıxarılıb. Pullar dəftərxana ləvazimatlarının, inventarların, maşın və avadanlıqların alınması, o cümlədən sağlamlıq kompleksinin tikintisi (7.5 milyon manata yaxın) kimi təyinatlar üzrə silinib.

Mətbuatda habelə Şəmsəddin Hacıyevin rektor olduğu dövrdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı üzərindən tələbə köçürmələri həyata keçirməklə hər il milyonlarla manat əldə etdiyi barədə iddialar yer alır. Belə ki, virtualaz.org bildirir ki, qəbul imtahanlarında kifayət qədər bal toplaya bilməyən tələbələr Dərbənd filialına imtahansız birinci kursa qəbul edilir, növbəti il isə on minlərlə manat rüşvət əvəzində köçürmə yolu ilə universitetin özünə-birbaşa ikinci kursa daxil olurdu. Bütün bunlar Şəmsəddin Hacıyevin rektor fəaliyyəti ilə bağlı uzun müddət mətbuat səhifələrində yer alan və Hesablama Palatasının indi yoxladığı faktlardan ancaq bir qismidir. İndi gözləmək lazımdır ki, Baş prokurorluq Hesablama Palatasından daxil olan, ciddi korrupsiya faktlarından ibarət hesabatla bağlı hansı tədbir görəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR