SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Əli Həsənov nəvəsinin öldürdüyü ailəyə ev və maşın verib... - Yol qəzası...

7-09-2017, 14:25 | Oxunub: 4 634 |

Əli Həsənov nəvəsinin öldürdüyü ailəyə ev və maşın verib... - Yol qəzası...
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin törətdiyi avtomobil qəzasında dünyasını dəyişən şəxsin ailəsini təminat altına alıb.

Qəza zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə birlikdə avtomobildə olan və dünyasının dəyişən Mehdi Əliyevin ailəsinə Əli Həsənov tərəfindən maddi yardım göstərilib.

Əli Həsənov mərhum Mehdi Əliyevin ailəsinə ev və maşın verib. Baş nazirin müavininin maddi təminatı bununla da bitməyib. Ə. Həsənov mərhum Mehdi Əliyevin xanımını işlə təmin edib, onun 3 yaşlı övladını 18 yaşına çatanadək himayəyə götürüb.


Məsələ ilə bağlı mərhumun anası Nazilə Əliyeva ilə əlaqə saxlanılıb. O, bu mövzu ilə bağlı sualları cavablandırmaq istəmədiyini bildirib.

"Yəqin ki, məni başa düşərsiniz. Mən bir daha bu mövzuya qayıtmaq istəmirəm”,- deyə N.Əliyeva bu mövzuda danışmaq istəmədiyini qeyd edib.

Xatırladaq ki, bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.

Qəzanı tördən şəxsin əvvəlcə Mehdi Əliyev olduğu və onun dünyasının dəyişdiyi bildirilirdi. Amma sonra aparılan araşdırmalar zamanı məlum oldu ki, sükan arxasında Əli Həsənovun nəvəsi olub. Mehdi Əliyev sürücü olsa da həmin vaxt maşını idarə etmirmiş.


Rəsmi məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı sükan arxasında 1994-cü il təvəllüdlü Nail Allahverdiyevin olması təsdiqini tapıb. Daha sonra onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Araşdırmalar zamanı məlum olmuşdu ki, həmin vaxt Nail Allahverdiyev "Mazda” markalı avtomobillə ötüşürmüş. Həmin maşının sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov barəsində isə inzibati həbs qərarı verilib.

Qəza zamanı dünyasını dəyişənlərdən biri isə piyada Vaqif Əsədov olmuşdu. O, yol kənarında olarkən Nail Allahverdiyevin idarə etdiyi maşının altında qalaraq dünyasının dəyişmişdi. Mərhum Vaqif Əsədovun kiçik oğlu mətbuata açıqlamasında qəzaya səbəb olanların cəzalandırılamsını istəmişdi. Onun digər övladları isə bunun əksi olaraq "nə düşübsünüz Nailin üstünə?” deyə mətbuat nümayəndələrini qınamışdılar. Onlar bu mövzu haqda danışmaq istəmədiklərini və media nümayəndələrindən onları narahat etməmələrini istəmişdilər.

Qəza zamanı yaralanan iki nəfər isə Türkiyə vətəndaşları idi. Ər-arvad olan şəxslər müalicə üçün Türkiyəyə yola salınıb. Onlar Türkiyənin keçmiş prezidenti Abdullah Gülün qohumlarıdır.

Qeyd edək ki, Nail Allahverdiyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasına saxlanılır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR