18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nail Allahverdiyevlə ötüşən “Maqa” Nazirliyin əməkdaşı çıxdı
Baş nazirin müavini, "Qaçqınkom"un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən qırmızı rəngli "Mazda" markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov haqda yeni fakt ortaya çıxıb.
Emtv.az xəbər verir ki, "Maqa" ləqəbli Mirməhəmməd İsmayılov 2012-ci ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına daxil olub. O, 2016-cı ildə həmin Akademiyanı bitirdikdən sonra FHN-də işə düzəlib.
Xatırladaq ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mersedes-Gelandawagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Galendewagen"in sükanı arxasında olan Nail Allahverdiyev barəsində 4 aylıq həbs qərarı çıxarılıb. Avtoxuliqanlıqda günahlandırılan "99-FS-777" dövlət nömrə nişanlı "Mazda" avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovun isə Nərimanov Rayon Məhkəməsinə aparılaraq bir ay müddətinə inzibati həbs cəzasına məhkum edildiyi bildirilmişdi.
Sosial şəbəkələrdə Mirməhəmməd İsmayılovun həbs edilmədiyi və avqust ayının 12-si qız, 17-si isə oğlan toyu olacağı məlumatı yayılsa da bu gün DİN açıqlama yayaraq yayılan məlumatın həqiqəti əks etdirmədiyini qeyd edib.
Onu da qeyd edək ki, ölkə.az daha sonra bildirir ki, Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.
Emtv.az