18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Maşın bazarında son durum – Qiymətlər ucuzlaşa bilər
Avqust ayı ərzində həm ənənəvi maşın bazarında, həm də “online” maşın satışında aktivlik aşağı səviyyədə olub.
Emtv.az xəbər verir ki, bu barədə Trend-ə daşınmaz əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.
Onun sözlərinə görə, avqustun sonlarında isə aktivlik demək olar ki, sıfıra bərabər olub. Onun sözlərinə görə, alıcılıq aşağı olsa da, qiymətlər demək olar ki, stabil qalıb.
V.Hüseynov bildirib ki, qiymətlərin sabit qalmasının səbəbi bazar iştirakçılarının əsasən alverçilərdən ibarət olması ilə bağlıdır: “Hazırda bazarda maşın satanların çoxu alverçilərdir. Onlar üçün də avtomobili ucuz qiymətə satmaq əlverişli deyi. Ona görə də qiymətlərdə ciddi ucuzlaşma müşahidə edilməyib”.
Ekspertin sözlərinə görə, sentyabrın 15-dən sonra maşın bazarında müəyyən canlanma gözlənilir, ancaq bir şərtlə ki, qiymət enməsi müşahidə olunsun: “Ənənəvi bazarda üstünlük alverçilərin əlindədir və ona görə də ucuzlaşma ehtimalı azdır, ancaq “online” maşın bazarında insanlar özləri avtomobillərini satışa çıxardıqlarına görə müəyyən qiymət azalması müşahidə olunacaq. Bu da öz növbəsində ənənəvi avtomobil bazarına da təsir edəcək”.
Emtv.az