SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Kitablar gənc nəsil üçün nəzərdə tutulub" - Naxçıvan Nümayəndəliyindən kitab AÇIQLAMASI

31-08-2017, 15:19 | Oxunub: 9 134 |

"Kitablar gənc nəsil üçün nəzərdə tutulub" - Naxçıvan Nümayəndəliyindən kitab AÇIQLAMASI
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı "Oxunması zəruri olan kitablar haqqında” sərəncam ətrafında yaranmış müzakirələrlə bağlı açıqlama yayıb.

Nümayəndəlikdən daxil olan açıqlamada bildirilir ki, bəzi informasiya saytları sərəncamın mahiyyətini və əhəmiyyətini başa düşmədən "mülahizələr” səsləndirir, gənclər tərəfindən oxunması zəruri olan kitabları bütün Muxtar Respublika əhalisinə məcburi oxutdurulan kitablar kimi təqdim etməyə cəhd göstərirlər.

"Əslində, sərəncamda oxunması məcburi yox, zəruri olan kitablar gənc nəsil üçün nəzərdə tutulub. Təhsil və mədəniyyət müəssisələrində bu kitablardan ibarət güşələr yaradılacaq ki, bu da kitabların daha asan seçilməsinə və oxunmasına xidmət edəcək. Bir sözlə, söhbət ölkəmizin gələcəyi olan gənc nəslin kitaba və mütaliə mədəniyyətinə marağının artırılmasından gedir.
Tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir. Sərəncamda Ali Məclis Aparatına oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi tapşırılıb. Yəni bu siyahı yeni nəşrlər hesabına daim zənginləşdiriləcək.
Xatırlatmaq yerinə düşər ki, vaxtilə Azərbaycanın böyük bir ziyalı nəslini yetişdirən Qori Müəllimlər Seminariyasında da oxunması zəruri olan kitabların siyahısı təsdiq və təşviq olunub.
Kitab və mütaliə mədəniyyəti haqqında təsəvvürü olmayanların isə diqqətinə çatdırırıq ki, fikir yürütməzdən, ictimaiyyətə ziddiyyətli məlumatlar verməzdən əvvəl, yaxşı olar ki, sərəncamı diqqətlə oxusunlar",
- deyə Daimi Nümayəndəlikdən bildirilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR