SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

AVQUST BÖHRANI - Şimali Koreyanı kim silahlandırır?

31-08-2017, 12:22 | Oxunub: 3 898 |

AVQUST BÖHRANI - Şimali Koreyanı kim silahlandırır?

Şimali Koreyanın rəhbəri Kim Çen In Amerikanın Quam adasına raket zərbəsi vurulması layıhəsini elan edib. Son günlər ABŞ və Şimali Koreya arasındakı gərginlik yenidən artıb. Quama zərbə vurulması böyük bir təhlükədir və aqressiv mövqe tutan prezident Trampla Şimali Koreya arasındakı çəkişəmə davam edir.

Koreya yarımadasında fövqəladə vəziyyət meydana gələ bilərmi?” “Avqust təhlükəsi” nə qədər realdır?

Qeyd etmək lazımdır ki, Şimali Koreyanın Qitələrarası Ballistik Raket (QBR) sahəsindəki texnologiyası bir il ərzində çox sürətli templə inkişaf edib. Əlbəttə, güman etmək olar ki, Şimali Koreyaya bu texnologiyanı kimsə verib. Amerikan mütəxəssisləri bildiriblər ki, bu cür texnologiyanı Şimali Koreyaya Ukrayna verib. Sovet dövründə Ukrayna Qitələrarası Ballistik Raket istehsal edirdi.

Hər halda Ukraynanın demokratikləşməsi nəticəsində, onlar artıq Rusiyaya silah satmaqdan məhrum olublar və beləliklə də, Ukraynanın hərbi texnologiyası qara bazara yol tapıb. ABŞ-ın fikrinə görə ümumi yekunda bu texnologiya Şimali Koreyanın əlinə düşüb.


Amerikanların apardığı təhqiqata uyğun olaraq, Şimali Koreyadakı Qitələrarası Ballistik Raketlərin mühərrikləri Ukraynada istehsal edilən “PD-250” mühərriki ilə eynidir. Yalnız bu informasiyaya söykənilsə, onda belə düşünmək olar ki, ”PD-250” mühərrikləri yeni texnologiya ilə istehsal edilib. Ancaq əslində isə bu mühərriklər 1970-ci illərin köhnə güc qurğularıdır.

- Maye yanacaq


Bununla yanaşı ona da diqqət etmək lazımdır ki, Şimali Koreyanın Qitələrarası Ballistik Raketlərində maye yanacaq istifadə olunur. Adətən raketlərdə ya maye, ya da bərk yanacaqdan istifadə edilir. Maye yanacağı saxlamaq çətindir. Raket buraxmazdan əvvəl onun bir neçə saat ərzində doldurulması lazımdır. Amma bərk yanacağı birbaşa raketin özündə saxlamaq mümkündür və belə olduğuna görə, onlar həmişə buraxılmağa hazır vəziyyətdə dururlar. İndi bütün dünyada yeni raketlər üçün yalnız bərk yanacaqdan istifadə edilir. Şimali Koreya dənizdə bazalaşmış (gəmilərdə) ballistik raketlərdə bərk yanacaqdan istifadə edir. Lakin nəyə görə, Qitələrarası Ballistik Raketlər üçün bərk yanacaqdan istifadə olunmur? Bu, o anlama gəlir ki, Şimali Koreya həmin raketlər üçün mühərriklər hazırlamayıb. Başqa sözlə desək, əgər Şimali Koreya ona verilən texnologiyanı tamamilə mənimsəyibsə, onda o dənizdə bazalaşmış ballistik raketlərdə istifadə edilən bərk yanacağı Qitələrarası Ballistik Raketlər üçün nəyə görə istifadə edə bilmir?

Ukrayna mühərrikləri hələ 50 il bundan əvvəl hazırlanmışdı. ABŞ bu faktı təsdiq edir. Həm də ki, Ukrayna 2000-ci illərin başlarından bu mühərrikləri artıq istehsal etmir. Bu texnologiyanın on ildən artıq müddətdə “qara bazarı” gəzib-dolaşmasını fikirləşmək çox çətindir. ”PD-250” mühərriklərinin Şimali Koreyaya kim tərəfindən və necə verilməsi məsələsini çox incəliklə analiz etmək gərəkdir. Bu işdə yalnız Ukraynanı tənqid etmək əbəsdir.

- Çin ABŞ və Rusiya yaxınlaşmasından qorxur

Belə olan halda şübhələr daha çox Çinin üzərinə düşür. Onun Şimali Koreyaya iqtisadi yardım göstərmək imkanı var. Həm də ki, 1998-ci ildə Çin Ukraynadan aviadaşıyan alıb və onun adını da “Lyaonin” qoyub.

Təxminən 2000-ci illərdə Rusiya ordusunun qismən silahsızlaşması sayəsində Ukrayna hərbi sənayesi də azaldı. Ukrayna bəzi silahlarını iqtisadi gücü olan Çinə satmağa başladı. Ona görə də, həmin dövrdə Ukraynanın Çinə “PD- 250” mühərriklərini satmasını təəccüblə qarşılamağa dəyməz.

Əlbəttə, əgər Ukraynanın dediyinə inansaq, onlar “PD-250”-lərin hamısını Rusiyaya yollayıblar. Ola bilər ki, Çin bu mühərrikləri elə ruslardan alıb. Çox güman ki, Çin bu mühərriklərdən mülki məqsədli raketlərdə istifadə etməyi planlaşdırıb, lakin sonradan görəndə ki, Şimali Koreya nüvə sahəsində uğurlu sınaq keçirir, onda Pekin həmin mühərriklər üçün yeni istifadə yeri tapıb. Beləlikə, Çin Şimali Koreyanı raket hazırlama məsələsində yaxından dəstəkləyib.

Əgər Çin Şimali Koreyanın raket proqramına tamamilə nəzarət edərsə, onda Şimali Koreyanın Qitələrarası Ballistik Raketlərində Çinin “GPS” datçiklərini quraşdırmaq olar. Belə olan halda Şimali Koreya ilə münasibətdə Çin öz təhlükəsizliyini də təmin etmiş olur.

Maraqlıdır ki, bu dəfə ABŞ öz müttəfiqi Ukraynanı pis vəziyyətdə qoyub. Tramp administrasiyası Rusiya ilə yaxınlaşmağa çalışır. Lakin buna ən çox mane olan Rusiya-Ukrayna qarşıdurmasıdır. Əgər Ukrayna kompromisə getsə, onda Moskva ilə Vaşinqton arasında yaxınlaşma mümkün olar.


Rusiya-ABŞ yaxınlaşmasından Çin bərk qorxur. Çin Rusiyanı öz tərəfinə çəkmək istəyir. Onun başlıca məqsədi Yaponiya, ABŞ, Cənubi Koreya koalisiyasına Çin, Şimali Koreya, Rusiya bloku ilə cavab verməkdir. Bu qüvvələr bölgüsü sabit deyil və o məhz özünün sabitsizliyi ilə təhlükəlidir. Səbəb isə Çinin dünya müharibəsinə meyil göstərməsidir.


(“Irinna” –Yaponiya)

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR