17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirilib
Tormoz və sükan idarə mexanizmlərində nasazlıqlar aşkar edilən avtomobillər nasazlıqlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatından keçiriləcək
Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirilib.
Nazirlər Kabineti bununla bağlı “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edib.
Dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.
Minik avtomobilləri istehsal olunduqları vaxtdan dörd il keçməyibsə, dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar texniki baxışdan keçirilmir. Texniki baxış zamanı nəqliyyat vasitələrinin tormoz və sükan idarə mexanizmlərində nasazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat veriləcək və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçiriləcək və daimi uçota alınacaq.
Emtv.az