SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Macarıstan Azərbaycan münasibətləri - Yeni müttəfiqimiz...

30-08-2017, 13:58 | Oxunub: 9 708 |

Macarıstan Azərbaycan münasibətləri - Yeni müttəfiqimiz...

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək.

XİN-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, səfərin məqsədi avqustun 31-də Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər Nazirlərinin toplantısında iştirak etməkdir.

E. Məmmədyarovun tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

“Elmar Məmmədyarovun Macarıstana səfəri böyük əhəmiyyət kəsb edəcək”.


Bunu politoloq Qabil Hüseynli deyib.

“Macarıstan dövləti və macar xalqının Azərbaycana münasibəti çox yaxşıdır. Macarlar mənşə etibarilə türk xalqları sırasına daxildir. Azərbaycanda Şengen vizasının əldə edilməsi Macarıstanın Azərbaycandakı Səfirliyi vasitəsilə həyata keçirilir. Azərbaycanın Avropa ali məktəblərində təhsil alan ən çox tələbəsi də Macarıstanın payına düşür.

Macarıstan Avropa Birliyinin üzvüdür, Avropada sözü keçən dövlətlərdən biridir. Azərbaycan-Macarıstan əlaqələri (ticarət, təhsil və s.) hazırda yaxşı səviyyədədir. Macarıstanın beynəlxalq təşkilatlarda (Avropa Birliyi və Avropa Şurası) Azərbaycanın dəstəyinə ehtiyac var.

Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü bəyanat formasında tanıması mümkündür.

Səfər çərçivəsində qarşılıqlı ticarət əlaqələri, beynəlxalq təşkilatlarda qarşılıqlı maraqların qorunması, təhsil və s. ilə bağlı məsələlərin müzakirəsi gözlənilir. Macarıstan Azərbaycanın ərazi bütövlüyünü formal şəkildə tanısa da, tanıma hələ ki, bəyanat formasını almayıb. Doğrudur, Macarıstan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, ancaq qəti mövqe hələ ki, nümayiş etdirilməyib”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR