18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MACARISTANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN VİZA MƏRKƏZİ AÇILDI
Yanvarın 22-də Macarıstanın Azərbaycandakı səfirliyinin viza mərkəzinin açılışı olub.
"EMTV.az" xəbər verir ki, mərkəz Azərbaycan vətəndaşlarının Macarıstana, eləcə də digər Şengen ölkələrinə viza almalarında yardımçı olacaq.
Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib ki, viza mərkəzinin açılması iki ölkə arasında münasibətləri daha da gücləndirəcək. Mart ayından etibarən “Wizzair” hava yollarının Bakı-Budapeşt reyslərini bərpa edəcəyini vurğulayan səfir mərkəzin açılmasının bu istiqamətdə atılan zəruri addım olduğunu bildirib.
Viza işləri ilə məşğul olacaq “BLS International”ın nümayəndəsi Şailaja Bauntiyal qeyd edib ki, şirkət Azərbaycan ilə yanaşı, dünyanın 22 ölkəsində fəaliyyət göstərməklə böyük təcrübəyə sahibdir. O, Azərbaycanda işləyəcəkləri üçün çox məmnun olduqlarını və vətəndaşlarımıza yüksək səviyyəli xidmət göstərəcəklərini deyib.
Mərkəzə ərizəçilər viza “C” üçün (Şengen vizasının 90 gündən çox olmayaraq etibarlılıq müddəti) müraciət edə biləcəklər.