18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qırğızıstanda yenidən qarışıqlıq yarana bilər – Atambayev narahatdır
Qırğızıstan prezidenti Almazbek Atambayev oktyabrın 15-nə təyin edilən prezident seçkilərinin yekunlarına görə ölkədə sabitliyin pozula biləcəyindən narahatdır. Bununla yanaşı, o, buna imkan verməyəcəklərini bəyan edib.
Bu barədə “RİA Novosti” xəbər verir.
“İndi hökumətin seçkilərdən sonra ölkəni qarışdırmaq üçün inzibati resurslardan istifadə edəcəyinə dair söz-söhbətlər dolaşır. Xatırlatmaq istəyirəm ki, dekabrın 1-dək ölkə prezidentiyəm və ölkəmizdə yenidən qarışıqlıq salmaq istəyənləri sərt şəkildə cəzalandırmaq üçün kifayət qədər vaxtım olacaq. Özü də bütün xalq məni dəstəkləyir”, – A.Atambayev jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu gün Qırğızıstanda inzibati resursdan yox, maliyyə resurslarından qorxmaq lazımdır.
Dövlət başçısı respublikanı idarə etdiyi 6 il ərzində iqtisadiyyat və xarici siyasətdə müsbət irəliləyişlərin olduğunu qeyd edib.
Qeyd edək ki, A.Atambayevin prezidentlik müddəti bu il dekabrın 1-də başa çatır və konstitusiyaya görə, o, yenidən prezident seçilə bilməz.
Emtv.az