SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yavər Camalovun qardaşı 18 mindən imtina etdi – Məhkəmədə gözlənilməz qərarlar

30-08-2017, 12:57 | Oxunub: 8 374 |

Yavər Camalovun qardaşı 18 mindən imtina etdi – Məhkəmədə gözlənilməz qərarlar
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə məhkəmə istintaqı yenilənməklə cinayət işi məhkəmə prosesi davam edir.

Prosesdə zərərçəkmişnaxir qardaşının vəkili İmaməli Əsgərov bildirib ki, təqsirləndirilən Samit Nəbiyev məhkəməyə ərizə göndərib.

Məlum olib ki, Samir Nəbiyev ərizəsində qeyd edib ki, öz vəkili Ceyhun Yusifovdan imtina edib.

Samir Nəbiyev vəkilinin açıqlamaları ilə razı olmadığını ərizəsində qeyd edib.

“Vəkilim bir çox saytlar və qUrumlara mənim adımdan açıqlama verib. Həmin açıqlamalardan imtina edirəm. Maddi imkanım olmadığım üçün Əlikram Camalovun pulunu qaytara bilməmişəm”- deyə ərizəsində qryd edən S.Nəbiyev bunu məhkəməyə də təsdiq edib.

Məhkəmədə daha bir maraqlı məqam üzə çıxıb.

Məlum olub ki, Əlikram Camalov da məhkəməyə ərizə ilə müraciət edib və dəymiş ziyandan imtina etdiyini bildirib. O, S.Nəbiyevi bağışladığını qeyd edib.

Prosesdə vəkil Ceyhun Yusifov çıxış edərək, məhkəmədən imtinanın qəbul olunmasını istəyib: “Hörmətli məhkəmə, mənə Samirin günahsız yerə tutulmaması lazım idi. Bu gün də tərəflər barışdı. Ona görə də imtinanı qəbul edin”.

Məhkəmə hər iki ərizəni qəbul edib. İclasda məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.

Dövlət ittihamçısı isə çıxışa hazır olmadığını bildirib və məhkəmədən vaxt istəyib.


Növbəti məhkəmə iclası sentyabırn 5-nə təyin edilib.

Xatırladaq ki, bu iş üzrə məkəmə istintaqı başa çatmış, dövlət ittihamçısı Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Lakin məhkəmənin hökm elan edəcəyi gözlənilən gün Samir Nəbiyevin vəkili Ceyhun Yusifovun vəsatəti təmin edilərək işə yenidən baxılması ilə bağlı qərar qəbul edildi.


Rəsmi ittihama görə S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimirayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.

Nazir qardaşı Əlikram Camalov “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Vəkil Ceyhun Yusifov isə son çıxışında bildirib ki, nazir qardaşı Samir Nəbiyevə 18 min manatı sələmə verib.

S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR