SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

NAZİRİN QARDAŞI SƏLƏMƏ PUL VERİRMİŞ

19-07-2017, 10:44 | Oxunub: 6 009 |

NAZİRİN QARDAŞI SƏLƏMƏ PUL VERİRMİŞ
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqdirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəri məhkəmə prosesi keçirilib. Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanən sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən S.Nəbiyev növbəti dəfə əlavə ifadə verib.

Məhkəmədən əvvəl vəkillər araslnda mübahisə yaranıb. Hakim hər iki tərəfin vəkilinə xəbərdarlıq edərək prosesdə səs-küy salmamalarını tələb edib.

Samir Nəbiyev ifafəsində deyib ki, nazir qardaşı Əlikram Camalovla mağazada tanış olub:“Mənim daimi müştərim olub. Özü deyirdi ki, mən filankəslərə pul vermişəm. Mən də pul istədim. O da qazanc məqsədi ilə 18 min manat aldım. Dedim ki, hər ay pulun 10 faizini verəcəm. Buna görə ona 5 min manat faiz ödəmişəm. Sonra da 2500 dollar aldım, buna da 1500 dollar sələm vermişəm”.

Təqsirləndirilən deyib ki, devalvasiyadan sonra nazir qardaşı onu ofisə çağırıb və pulunu tam istəyib:”Dedim imkanım yoxdu. Əlikram müəllim dedi manatı dollara çevirirəm, məcbur olub razılaşdım. Sonra mənim biznesim iflas etməyə başladı, Əlikram müəllimin yanına gedib dedim ki, borcumun əvəzinə mağazadakı malları mayasından aşağı qiymətə götür, razılaşmadı, dedi pulumu nağd ver. Sonra mən mağazanı başqa yerə köçürdüm, yenə mal təklif etdim, istəmədilər”.

Təqdurləndirilən şəxs deyib ki, Camalovun dediyi borcu ödəməyə razıdır: “Bu söhbətlərdən bir müddət sonra atam rəhmətə getdi, yas verirdim, Əlikram müəllim polislə gəlib məni yasdan apardı, ifadəmi verdim. Sonra Bakıda qala bilməyib rayona köçdüm. Polisə də zəng edib dedim ki, heç yerə qaçmamışam, amma ödəyə bilmirəm. Borcumu qəbul edirəm, işlə təmin etsin, ödəyim. Yavan çörək versin, qapısında işləyim”.

Hakim məhkəmə istintaqının tamamlandığı elan edilib.Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.
Qeyd edək ki, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib.
S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
İttihama görə, S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimirayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.


Bildirək ki, nazir qardaşı Əlikram Camalov “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR