SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Oğlu hərbi xidmətdə olan ata TƏLƏBƏ OLDU - AZƏRBAYCANDA (FOTO)

24-08-2017, 13:46 | Oxunub: 6 535 |

Oğlu hərbi xidmətdə olan ata TƏLƏBƏ OLDU - AZƏRBAYCANDA (FOTO)
Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazasının yenidən qurulması, burada müasir elmi-tədqiqat və tədris laboratoriyalarının və mərkəzlərinin mərkəzlərinin yaradılması, tələbə evinin istifadəyə verilməsi, kənd təsərrüfatı ixtisasları üzrə tələbə qəbulunun yalnız dövlət sifarişi əsasında aparılması və digər tədbirlər özünü universitetə qəbul olan tələbələrin sayında və coğrafiyasında, habelə onların yaşında özünü göstərir.

Emtv.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, 2017/2018-ci tədris ilində universitə qəbul olan tələbələrdən biri 48 yaşlı Qazıyev Əfsəl Seyfəl oğludur. O, 1 noyabr 1969-cu il tarixində Quba rayonunun Əsparəsti kəndində anadan olmuş, hazırda həmin rayonun Zərqava kəndində yaşayır. Ə.Qazıyevin kənd təsərrüfatı ixtisasları üzrə təhsil almağa uşaq yaşlarından böyük maraq göstərib. Belə ki o, 1985-ci ildə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin "Şərəf Nişanı" ordenli Quba sovxoz texnikumuna daxil olmuş, hərbi xidməti başa vurduqdan sonra 1989-cu ildə həmin texnikumu "meyvə-tərəvəzçilik" ixtisası üzrə bitirmişdir.

Ölkədə kənd təsərrüfatına dövlət qayğısını, bu sahədə böyük perspektivləri nəzərə alan Əfsəl Qazıyev Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirdiyi test imtahanında iştirak edərək ADAU-nun tələbəsi adını qazanmış, aqronmluq fakültəsi əyani təhsil forması "ekologiya" ixtisasına qəbul olub. Yalnız dövlət sifarilşli ixtisaslardan biri olan bu ixtisasda təhsil alan tələbələr təhsil haqqından azad olmaqla yanaşı aylıq təqaüdlə təmin olunurlar.

4 övlad atası və böyük oğlu hərbi xidmətdə olan Ə.Qazıyev universitetin tələbə evində yaşayış yeri ilə təmin olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR