17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BİZ UŞAQLIĞIMIZI BELƏ YAŞADIQ-Faiq ƏHMƏDOV
Evdə böyüklərimiz bizə çox acımasız davranardılar...
Biz uşaq olanda məktəbdən gələn kimi yeməyimizi yeyib, saat 3-ə kimi yatardıq. Sonra isə məhəlləmizdə "Kolxoz"un tütün sarayı deyilən bir yer vardı, həyətdə saxladığımız qoyun-quzuları çıxardıb sarayın ətrafında olan otlaq sahəsində otarardıq.
Emtv.az "Azərbaycanın Səsi" İB-nin sədri, Məşədi Faiq Əhmədovun facebook-səhfəsində paylaşdığı, yeni statusunu olduğu kimi izləyicilərimizə təqdim edir.
- Sarayın qarşısında isə uşaqlarla özümüzə balaca bir futbol meydançası düzətmişdik. Həyacanla gözləyirdik havanın sərin vaxtı gəlsin həmin meydançada indiki, dillə desək "dünya çempionatına" bərabər olan "məhlə - məhləyə" futbol keçirilərdi və bizdə həmin oyuna hazırlaşardıq.
- Hətda ən tanınmış futbolistlərin adını daşıyaq deyə "şot-5-dəndi" deyib çoxlu qol vurmağa çalışardıq, oyunun ən maraqlısı isə o idi ki, məhəllə futbolunda topu uzağa kim vurdusa, o da gedib gətirməli idi.
- Bizdən də bir az balaca uşaqlar isə məhəllədə tapança-tapança oynayardılar, bəzən bizdə qoşulardıq həmin uşaqlara, “tapança-tapança” oynayardıq və heç zaman da bir-birimizə ölmədiyimizi, güllənin yan keçdiyini sübut edə bilməzdik.
- Heç vaxt yadımdan çıxmaz yayın istisində məhəlləmizə - 5; 10; 15 - qəpiyə "kojik - su" "marojna", "şirin xoruz", "kukruz" gətirərdilər satmağa. Bunların isə ən bahalısı "marojna" idi ki, o da 15-qəpiyə.
- Yayda yekə maşınlarda məhəlləmizə yeşiklərin içinə yığılmış butulkalarda "Sirab, Badamlı" suyu gətirirdilər satmağa. Suyu gətirənlərə isə pul əvəzinə "Badamlı, Sirab və yaxud da "Donqili" butulkaları verərək "barter" edərdik... (ən maraqlısıda o idi ki, bizdə "arağa" "donqili" deyirdilər...)
- Məhəllədə balaca qızlar isə "7 daş", "qəcələ daş", "iplə ortada qaldı" və bəzən də "gizlənqaç" oynayardılar… (gizlənqaç oynunda heyva desəm çıxarsan, alma desəm çıxmazsan” bu sözlər isə qızlarımıza necə rəfiqə olmağı öyrədirdi)
- Ən çox baxdığımız cizgi filimlərindən biri isə "Tom və Jerry" cizgi filmi idi. Cizgi film bitdikdən sonra ən sonun da şirin nərildəməsini həvəslə gözləyirdik.
- Hər həftənin 6-cı günlərini xüsusi gözləyirdik. Həmin günün axşamı televizorda "Retro" verilişi verirdilər. Və ailəlikcə hamımız yığışardıq televizorun qarşısına ki, Ayaz Salayev, ya da Həmidə xanım Ömərova bizə hansı Hind filmini təqdim edəcək. O zaman ən çox izlədiyimiz filmlər isə Hindistan filmləri idi.
- Hələ bir dəfə yadımdadır ki, axşam televizorda xalq artisti Zeynəb xanım Xanlarova oxuyacaqdı, gündüz o qədər uşaqlarla oynamışdıq ki, dərslərimizi oxumağa vaxtımız qalmamışdır. Axşamlar isə biz evin böyüklərinə məktəbdə verilən tapşırıqları danışmasaydıq, həmin gün televizora baxmaq bizə qadağan olunurdu. Dərslərimizi oxumayanda evdə böyüklərimiz bizə çox acımasız davranardılar. Həttda evin bir küncünə çəkilirdik dərs oxumaq adı ilə və elə olurdu ki, yorulduğumuzdan həmin yerdə də kitab qarşımızda bizi yuxu tutardı.
- Evdə tək olduğumuz zaman isə Soyuducunun işiğının nə zaman yanıb-söndüyünü araşdırmağa başlayırdıq.
- Kəndimizdə xüsusi bir yerimiz vardı, orada günəbaxan əkərdik və bəzəndə həmin əkdiyimiz günəbaxan tumlarının bir miqdarını "çırtlamaq" üçün cibimizə doldurardıq. Axşamlar isə həmin günəbaxan tumlarını qabığından təmizləyib kənara yığardıq və sonra hamısını birdən yemək bizə bir ayrı ləzzət verərdi və hər əziyyətin sonunda sürəcəyimiz ən gözəl hisləri yaşadardı.
- Ey əziz və dəyərli dostlar!
- Bizim uşaqlığımız nə qədər əzab-əziyyətli olsada yenə də əvəzolunmaz və heç vaxt pulla alınmaz idi..
- Bunu indiki uşaqlar bilməz!
- Uşaqlarınıza uşaqdır deyib keçməyin, biz o zamanlardan çox şey öyrənmişik.
- Yaşadığımız o,əzab-əziyyətli uşaqlıq illərimiz,
- bizə həyatın xoş surprizlərinə hər an hazır olmağı öyrətdi,
- bizə düşüncələrimiz uğruna mübarizə aparmağı öyrətdi,
- bizə etdiyimiz səhvlərin nəticələrinə qatlanmağı öyrətdi,
- bizə elmin sirlərini və kəşf etməyi öyrətdi,
- bizə dostlar arasında olan ortaq sirləri öyrətdi,
- bizə zəifləri əzməməyi, onlara güzəştə getməyi öyrətdi,
- bizə imkanın verdiyi səlahiyyətləri öyrətdi,
- bizə nəhayyət bütün bu əzab-əziyyətin sonunda sürəcəyimiz yaxşı və xoş günlərin hələdə qarşıda olduğunu öyrətdi.
- BİZ UŞAQLIĞIMIZI BELƏ YAŞADIQ-ƏZİZ DOSTLAR!!!
Məşhədi Faiq ƏHMƏDOV.
"Azərbaycanın Səsi" İB-in sədri,
"Heydər Əliyev", "Azərbaycan Bayrağı" və "Vicdanlı Qələm" mükafatı lauriyatçısı
Emtv.az