17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
QƏRİBƏ BİR YUXU GÖRMÜŞƏM-Faiq ƏHMƏDOV
- Üfüqə doğru yürüş edənlərin aqibəti də qabaqcadan məlum idi.
...qana həsrət qalmış torpağımızda qan su yerinə axır.
Emtv.az "Azərbaycanın Səsi" ictimai-birliyin sədri, "Müstəqil-Lider" ictimai-siyasi, publisistik jurnalının baş redaktoru, tanınmış yazar, publisist-şair Faiq Əhmədovun Facebook-səhfəsindən, izləyicilərimizə yeni statusunu təqdim edir.
- Yuxuda görürəm ki, bir qrup insanın gözü qarşısına qəribə bir divar hörülübdür. Həmin insanlar isə elə düşünürdülər ki, divarın o biri tərəfində cənnət var.
- Bu cənnəti əldə etmək üçünsə divarı uçurtmaq gərəkdir. Elə ona görədə böyüklü, kiçikli hamı əlinə keçən nə varsa həmin o divara çırparaq, onu parçaladılar. Ancaq gözlədikləri kimi cənnətdən əsər-əlamət görmədilər: yalnız divarın o üzündə uzaqdan gələn bir üfüq görünürdü. Həmin insan ordusu dəniz kimi dalğalanaraq, bir bayrağın əvəzində yüzlərcə ala-bəzək bayraqları başları üzərində dalğalandıraraq həmin üfüqə doğru yürüş edirdilər.
- Həmin an yuxuda gördüm ki, rayonlardan gələn hər dəstənin öz bayrağı, öz rəhbəri vardır. Həmin bu insan axını axırı görünməyən üfüqə doğru sürətlə gedirdilər.
- Bir vaxtlar xalqın var-yoxunu talayan məmurlar isə bunları qıraqdan durub sakitcə seyr edirdilər.
- Artıq anlayırdılar ki, bu qədər insan axınına indi həqiqəti başa salmaq çox çətindir və artıq millət hər şeyi olduğu kimi anlayıb.
- Üfüqə doğru yürüş edənlərin aqibəti də qabaqcadan məlum idi.
- Yuxuda görürdüm ki, bu cür sürətlə gedən xalqın yürüş yollarına insan cəsədləri döşənir və çoxdan bəri qana həsrət qalmış torpağımızda qan su yerinə axır.
- Bunları bir kənardan durub seyir etdiyim zaman isə gördüm ki, ağ keyimli, əıində əsası olan yaşlı bir kişi mənə yaxınlaşaraq dedi: oğul insanları hərəkətə gətirən bu yürüşün baş tutması aclığın səfalətin son həddə çatmasından xəbər verir...
P.S. Hörmətli və Əziz Dostlarım yorucu olmasın deyə yuxumun ardını sabah sizlərə təqdim edəcəyəm.
Emtv.az