SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Dünya Bankının nümayəndələri: Naxçıvanın bütün bölgələrində mühüm infrastruktur layihələri reallaşdırılıb

23-08-2017, 13:18 | Oxunub: 9 953 |

Dünya Bankının nümayəndələri: Naxçıvanın bütün bölgələrində mühüm infrastruktur layihələri reallaşdırılıb
Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Dünya Bankının layihə üzrə Tapşırıq Qrupunun rəhbərləri Satoşi İşihara və Tara Şarafudin Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olublar.

Onlar Naxçıvanda layihələrlə bağlı fikir mübadiləsi aparıblar.

Qonaqlar muxtar respublikaya səfərlə bağlı təəssüratlarını media ilə bölüşüblər. Naxçıvan Muxtar Respublikasına səfərlərinin məqsədi barədə danışan Satoşi İşihara deyib: “Biz buradakı tərəfdaşlarımızla görüşmək, muxtar respublika iqtisadiyyatının davamlı inkişafı və şaxələndirilməsi, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr aparmışıq. Eyni zamanda, layihənin 3-cü fazasının həyata keçirilməsi üçün hazırlıqlar haqqında fikir mübadiləsi apardıq. Bu layihənin məqsədi kənd yaşayış məntəqələrində infrastruktur xidmətlərinin yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyəti, kənd təsərrüfatı məhsulları istehsalının dəstəklənməsi və sair haqqında olacaq”.
Dünya Bankının nümayəndələri: Naxçıvanın bütün bölgələrində mühüm infrastruktur layihələri reallaşdırılıb
Əvvəllər də Naxçıvana gəldiyini bildirən S.İşihara qeyd edib ki, ötən müddətdə muxtar respublikada çox böyük müsbət dəyişikliklər baş verib. Bütün bölgələrdə mühüm infrastruktur layihələri həyata keçirilib. Xüsusilə kəndlərdə əhalinin yaşayıb fəaliyyət göstərməsi üçün mühüm addımlar atılıb, yeni yollar çəkilib, xidmət obyektləri istifadəyə verilib, bələdiyyələrin fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Naxçıvana ilk dəfə səfər etdiyini deyən xanım Tara Şarafudin deyib ki, muxtar respublikaya səfər çərçivəsində layihə ilə bağlı keçirilən görüşlərdə fikir mübadilələri apardıq: “Düşünürəm ki, qarşılıqlı anlaşmalar gələcək uğurlarımızın əsasını təşkil edəcək. Eyni zamanda, bunu xüsusilə vurğulamaq istərdim ki, burada bələdiyyələrin fəaliyyəti üçün lazımi şərait mövcuddur. Onlar ətraf mühitin qorunmasına, məişət tullantılarının daşınmasına öz töhfələrini verirlər. Naxçıvan şəhəri ilə yanaşı, kəndlərdə də təmizlik çox ciddi şəkildə qorunur. Regionla bağlı çox pozitiv təəssüratlara sahib oldum. Bunu da qeyd etmək istərdim ki, Naxçıvan yeniliklərə açıq, bu nümunəvi yenilikləri daim özündə tətbiq edən bir diyardır. İnanıram ki, qarşılıqlı əməkdaşlığımız görülmüş işlərə əlavə töhfə verəcək”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR