17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan taekvandoçusu Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb
Tayvanın Taypey şəhərində keçirilən iyirmi doqquzuncu Ümumdünya Yay Universiadasında Azərbaycanın taekvando üzrə milli komandasının üzvü Milad Beigi Hərçəqani qızıl medal qazanıb.
Emtv.az xəbər verir ki, universiadanın taekvando yarışlarında avqustun 23-də kişilərin mübarizəsində Milad Beigi Hərçəqani (80 kq) portuqaliyalı idmançı Jean Miçel Fernandesə 29:1, rusiyalı idmançı Boqdan Greçkinə 25:8, yaponiyalı Hidenori Ebatana 32:15 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda ev sahibi ölkənin idmançısı Liu Vei-Tinglə görüşən idmançımız rəqibini mübarizədən kənarlaşdıraraq finala adlayıb – 12:4.
Həlledici qarşılaşmada bu il dünya çempionatında məğlub etdiyi ispaniyalı Raul Garsia Martinezlə üz-üzə gələn Milad rəqibinə 6:3 hesabı ilə qalib gələrək Universiadanın qalibi olub.
Qeyd edək ki, Azərbaycan yarışda 12 taekvandoçu ilə təmsil olunur. Avqustun 22-də döşək üzərinə çıxan digər idmançımız Ayxan Tağızadə yalnız finaldakı rəqibinə məğlub olaraq Universiadanın gümüş medalını əldə edib.
Emtv.az