SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

HACIYEVİN BAKIDAKI ZAVODU 37,7 MİLYONA SATILDI - Hansı oliqarx aldı?

23-08-2017, 12:27 | Oxunub: 6 599 |

HACIYEVİN BAKIDAKI ZAVODU 37,7 MİLYONA SATILDI - Hansı oliqarx aldı?
Azərbaycan Beynəlxalq Banına kreit borcu olan və bu günlərdə hərraca çıxarılan “Bakı Fındıq Emalı” zavodu (BakFEM) naməlum investor satılıb. Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, adı açıqlanmayan şirkət zavodu ilkin hərrac qiymtinə -37 milyon 744 min manata almağa razılaşıb. Hazırda alqı-satqı müqaviləsinin imzalanması üçün danışıqlar gedir.

“Bakı Fındıq Emalı” zavodu Beynəlxalq Bankın toksik aktivlərdən təmizlənməsi proqramı çərçivəsində “Aqrarkredit” QSC dövlət kredit təşkilatına verilmişdi. Həmin QSC-dən məlumatı təsdiqləyərək hərracın avqustun 21-də baş tutduğunu deyiblər. Zavodu almaq üçün cəmi bir alıcı-hazırda fəaliyyətdə olan biznesi təmsil edən şirkət müştəri qismində çıxış edib. Həmin şirkətin adı açıqlanmır.

HACIYEVİN BAKIDAKI ZAVODU 37,7 MİLYONA SATILDI - Hansı oliqarx aldı?

«Aqrarkredit» bank olmayan kredit təşkilatı 2015-ci ilin iyulundan bəri Azərbaycan Beynəlxalq Bankının (ABB-nin) problemli aktivlərinin idarə olunması ilə məşğuldur. Bank təxminən 10 milyard manat dəyərində aktivləri «Aqrarkredit»ə ötürüb. «Aqrarkredit» istiqraz buraxıb və onu illik 3 faiz dərəcəsi ilə Mərkəzi Banka satıb. İstiqrazların satışından gələn pul Azərbaycan Beynəlxalq Bankına ödənilib. Qaydalara görə, problemli aktivlərin satışından əldə olunan vəsait istiqrazlar üzrə hesablanmış faizlərin ödənilməsinə və istiqrazların geri alınmasına sərf olunmalıdır.
HACIYEVİN BAKIDAKI ZAVODU 37,7 MİLYONA SATILDI - Hansı oliqarx aldı?
Qeyd edək ki, “Bakı Fındıq Emalı” zavodunun direktoru Beynəlxalq Bankın keçmiş direktoru Cahangir Hacıyevin tələbə yoldaşı Azad Cavadov idi. O da Beynəlxalq Bankın talanması işi üzrə həbs edilənlərdən biridir. Cahangir Hacıyev bu zavoda bankın 60 milyon dollar kreditini ayırıb, istintaq materiallarına əsasən kreditlərin bir qismi mənimsənilib.

Zavodun hərraca çıxarılıb satılması Azərbaycanda fındıqçılıq sahəsinə diqqətin artırıldığı bir vaxtda baş verir. Ötən ildən etibarən Azərbaycanda minlərlə hektar sahədə yeni fındıq bağları satılıb .Azərbaycan bir ildə fındıq ixracından 150 milyon dollar valyuta əldə edib. Yeni bağların salınmasından sonra Azərbaycan fındıq istehsalına görə dünyada ilk yerlərdən birinə çıxa bilər.

Onu da qeyd edək ki, 37 milyon 744 min manata almağa razılaşan şəxsin adının gizli saxlanılması onun oliqarx nazirlərdən və ya başqa yüksək rütbəli şəxslərdən biri olduğunu düşünməyə əsas verir. Çünki iş adamları hər hansı yeni biznes obyekti alarkən adətən bunu ictimaiyyətə də açıqlayırlar. Korrupsiya ilə böyük pullar əldə edən oliqarxlar isə əksinə, bizneslərini gizlətməyə çalışırlar… Bu baxımdan Hacıyevin zavodunu alanın da iş adamı deyil, oliqarxlardan biri olduğunu düşünmək olar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR