SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“BƏLKƏ BİRİ GÜL-ÇİÇƏK, BİRİ SİLAHLA QARŞILAYACAQ?” – MTN generalı məhkəmədə

22-08-2017, 13:48 | Oxunub: 8 489 |

“BƏLKƏ BİRİ GÜL-ÇİÇƏK, BİRİ SİLAHLA QARŞILAYACAQ?” – MTN generalı məhkəmədə

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elşən Tağıyevin epizodu üzrə keçmiş MTN əməkdaşı Xalid Əliyev ifadə verib.

O bildirib ki, E. Tağıyevin saxlanılması ilə bağlı göstərişi MTN-in sabiq polkovniiki, intihar etmiş İlqar Əliyevdən alıb: “Biz də klinikanın qabağında həkim Elşən Tağıyevi saxlayıb, normal şəkildə MTN-nə gətirdik. Bu zaman ona qarşı təzyiq olmadı. Mən onu MTN-nə təhvil verib getdim. Qalan məsələlərlə maraqlanmadım. Onu hansı məqsədlə saxladığımızı bilmədim, yalnız tapşırığı yerinə yetirdim”.

Bu zaman prokuror şahiddən vətəndaşın MTN-nə gətirilərkən hansı qaydada təhvil verildiyini soruşub. Şahid isə bunu bilmədiyini deyib.

Təqsirləndirilən Elçin Quliyev isə buna etiraz edərək, prokurora şahidi yönəltdiyini deyib: “Bizim rayon şöbəsinin əməkdaşı belə nazir və ya nazir müavinin əmri olmadan içəri daxil ola bilməzdi”.

Prokuror da öz növbəsində şahidi yönləndirmədiyini deyib. Hakim də prokurorun fikrini təsdiqləyib.

Sonra zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə qohumu Tofiq Hümbətov şahid qismində ifadə verib. O, M. Mustafayevə görə öz şəxsi avtomobilində zorla saxlanıldığını deyib: “Mənim telefonlarımı əlimdən aldılar, evimdə axtarış apardılar. Soruşurdular ki, Mətləb Mustafayevlə bağlı hansı məxfi sənədlər var?”

E. Quliyev yenə də şahidin ifadəsinə etiraz edib: “Şahidin ifadəsi Mətləb Mustafayevin MTN-də çalışan qardaşı Malik Mustafayevin ölümü ilə bağlı ola bilməz. Mətləb Mustafayev yalnız silah saxladığına görə həbs olunub. Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər. Çünki bilmirsən ki, axtarışa gedəndə səni nə ilə qarşılayacaqlar. Bəlkə biri gül-çiçəklə, biri “Quran”la, biri də silahla qarşılayacaq?”

M. Mustafayev isə E. Quliyevin yalan danışdığını və onda silah olmadığını deyib.

Proses sentyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR