18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞ və Cənubi Koreya birgə hərbi təlim keçirəcəklər - KXDR-in etirazlarına baxmayaraq
Koreya Xalq Demokratik Respublikasının (KXDR) etirazlarına baxmayaraq, Amerika Birləşmiş Ştatları (ABŞ) və Cənubi Koreya birgə hərbi təlim keçirmək niyyətindədirlər. Təlimlər «Ulchi – Freedom Guardian» (UFG) kod adı altında keçiriləcək.
Vaşinqton iddia edir ki, sözügedən hərbi təlimlər Koreya yarımadasında sabitliyi saxlamağa kömək edəcək.
Təlimlərin 2 mərhələdə keçiriləcəyi gözlənilir. Birinci mərhələnin məqsədi – şərti düşmənin fəaliyyətinin həyati əhəmiyyətli obyektlərə vurduğu zərərin aradın qaldırılmasından ibarətdir.
İkinci mərhələdə – KXDR-nın təcavüzü baş verəcəyi təqdirdə, ABŞ və Cənubi Klreya ordu hissələrinin birgə fəaliyyəti məşq ediləcək.
Birgə təlimlərin keçirilməsi planları barədə bandan əvvəl Cənubi Koreyanın müdafiə nazirliyi xəbər vermişdi.
Məlumat üçün bildirək ki, 2016-cı ildə UFG təlimlərində 25 min amerikalı və 50 min Cənubi koreyalı hərbçi itirak etmişdi.
Emtv.az