17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ABŞ Koreya yarımadasına atom aviadaşıyıcısı göndərə bilər
Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya yarımadasına atom aviadaşıyıcısı göndərə bilər. Seul və Vaşinqton Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqları keçirmək ehtimalı ilə bağlı bu imkanı nəzərdən keçirir.
Bu məqsədlə sözügedən sulara «Karl Vinson» və ya «Ronald Reyqan» aviadaşıyıcılarının göndərilməsi imkanlarına baxılır.
«Bizim məlumatımıza görə, Pxenyan avqustda böyük ehtimalla, yeni strateji provokasiya törədə bilər – nüvə və ya qitələrarası ballistik raket sınaqları həyata keçirə bilər» – deyə, Koreya Respublikası qərargah rəisləri Komitəsinin nümayəndəsi «TASS» agentliyinə danışıb.
Bundan başqa, nümayəndənin sözlərinə görə, avqustun sonunda Cənubi Koreya və ABŞ birgə «Ulchi Freedom Guardian» hərbi təlimləri keçirəcəklər.
Xatırladaq ki, iyulun 28-də Şimali Koreya növbəti raket sınaqları keçirib, raket Yapon dənizinə düşüb.
Emtv.az