18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycan mövqeyini qorudu – UEFA reytinqi
Avrokubokların pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Emtv.az-ın apasport.az-a istinadən məlumatına görə, mərhələnin üçüncü oyun günündə Avropa Liqasının 21 görüşü baş tutub.
Bu qarşılaşmalardan sonra UEFA reytinqi açıqlanıb. Keçirilən matçlar cədvəldə iki dəyişikliyə səbəb olub. Hər iki halda geriləyən Skandinaviya təmsilçisi olub.
İsveç 24-cü pilləni əldən verib. Bu mövqeyə isə Bolqarıstan sahib çıxıb.
Finlandiya isə 37-ci yeri tərk edib. Şimallılar mövqeyini Makedoniyaya təhvil verib.
Azərbaycan isə 22-ci yerdə qalıb. Cari mövsümdəki qazancımız 2,875-di. “Qarabağ” hamıdan çox - 1,125, artıq mübarizəni dayandıran klublarımızdan “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal əldə edib.
Son 5 mövsümə əsasən hesablanan reytinq xalımız 17,625-di. Hazırda ölkəmiz 21-ci olan Rumıniyadan 1,025 xal geridə, 23-cü olan Belarusdan 0,250 xal öndədi.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 89,498 xal.
Emtv.az