18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycan UEFA reytinqində mövqeyini qoruyub
UEFA reytinqi açıqlanıb. Emtv.az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda cüzi dəyişikliklər olub.
Qarşılaşmalardan öncə 22-ci pillədə olan Azərbaycan mövqeyini qoruyub. Ölkəmiz buna xal hesabını artırmaq sayəsində nail olub. “Qəbələ” səfərdə Polşa “Yagelloniya”sını yenməklə Azərbaycanın hesabına 0,250 xal qazandırıb. Evdə Rumıniya “Astra”sı ilə qolsuz heç-heçə edən “Zirə”nin qazancı isə 0,125 olub. Lüksemburqda “Fola”ya uduzan (1:4) “İnter” isə reytinqə fayda verməyib.
Beləliklə, bir gündə 0,375 xal əldə edilib. Mövsüm ərzində yığılan xallar isə 2,250-yə çatıb. “İnter” hamıdan çox – 0,750, “Zirə” 0,625, “Qarabağ” 0,500, “Qəbələ” 0,375 xal əldə edib.
Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız isə 17,000-a yüksəlib. 22-ci olan Azərbaycanla 21-ci yerdə qərarlaşan Kipr arasında fərq isə böyüyüb. Adalılar artıq 0,425 xallıq üstünlüyə malikdi. Elə ölkəmiz də ən yaxın izləyicisindən uzaqlaşıb. Artıq Belarusla aramızda 0,125 xal var.
Qeyd edək ki, avrokuboklara qatılan 55 ölkədən 17-si üçün mövsüm başa çatıb.
Emtv.az