18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişə bilər
Bu gün start götürən avrokubokların I təsnifat mərhələsinin cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyini dəyişə bilər.
Emtvtv.az saytının məlumatına görə, növbəti sınağına çıxacaq “Zirə” və “İnter”in görüşləri əhəmiyyət kəsb etsə də, həlledici deyil.
İlk növbədə Azərbaycanın irəliləyiş perspektivini nəzərdən keçirək. Hazırda 15,250 xalla 23-cü olan ölkəmiz iki pilləyədək önə gedə bilər. Amma bunun üçün təkcə qələbələr kifayət deyil.
“Zirə” səfərdə Lüksemburq “Differdanj”ını, “İnter” isə evdə Serbiya “Mladost”unu məğlub etməli və “qonşular”ımızın büdrəməsini gözləməliyik. 21-ci olan Belarusdan 0,500, 22-ci olan Bolqarıstandan 0,375 xal geri qalmağımız onların təmsilçilərinin uduzmasına ümid etmək zərurəti yaradır.
Belarusa xal hesabında çatmaq, əlavə göstəricilərdə arxada qoymaq üçün bizimkilər 2 qələbə qazanmalı, onlar isə xala həsrət qalmalıdı. Hər iki Belarus təmsilçisi səfərdə oynadığından bunun reallaşması mümkündü. Amma bu ehtimal da aşağıdı. Çünki rəqiblər də o qədər güclü deyil. Lakin “Suduva” (Litva) - “Şaxtyor” (Belarus) və “Runavik” (Farer adaları) - “Dinamo” (Belarus) görüşlərində meydan sahiblərinə azarkeşlik etməliyik.
Bolqarıstanın isə üç təmsilçisi var. Bu komandalardan biri uduzmasa da yetərlidi. Bizimkilər qələbələri sıralasa, balkanlılar 1 heç-heçədən artığına nail olmasa, onda bu ölkəni keçmiş olacağıq.
Hər üç şərt – bizimkilərdən 2 qələbə, Belarusdan 2 məğlubiyyət, Bolqarıstandan maksimum 1 heç-heçə gerçəkləşsə, Azərbaycan özü üçün tarixi mövqedə 21-ci sırada qərarlaşacaq. Əgər Belarusla Bolqarıstandan biri şərtə “əməl etməsə”, 22-ci yerdə olacağıq.
Bolqarıstan klublarından ikisi evdə, biri səfərdə oynayacaq. “Botev” (Bolqarıstan) “Partizani” (Albaniya), “Dunav” (Bolqarıstan) “İrtış”ı (Qazaxıstan) qəbul edəcəksə, “Levski” (Bolqarıstan) “Sutyeska”nın (Monteneqro) qonağı olacaq.
Qeyd edək ki, Azərbaycan irəliləməsi kimi geriləməsi də mümkündü. Kipr, İsveç və Şotlandiya ölkəmizi keçmək imkanına malikdi. Lakin təmsilçilərimizin uğursuz çıxışı o qədər inandırıcı deyil.
Emtv.az