SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Saxta məktəbli formaları satışda - ALDANMAYIN!

17-08-2017, 12:14 | Oxunub: 12 794 |

Saxta məktəbli formaları satışda - ALDANMAYIN!

Ölkəni yenə saxta və standartlara cavab verməyən məktəbli formaları bürüyüb.

Emtv.az xəbər verir ki, bu barədə “Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov lent.az-a açıqlamasında deyib.

E.Əzimov bildirib ki, “Bakı Tikiş Evi”nə məxsus mağazalarda bu il ötən illərlə müqayisədə satış nisbətən zəifləyib: “Bunun da səbəbi yenə kilolarla gətirilən saxta məktəbli formalarının satılmasıdır. Camaatı aldadıb saxta forma tikən yerlərə yönləndirirlər. “Bakı Tikiş Evi”nə məxsus “BTE” əmtəə nişanından istifadə edərək saxta məktəbli formasının istehsalı ilə məşğul olan həmin şəxslərlə bağlı lazımi qurumlara müraciət etmişik. Daxili İşlər Nazirliyinə, prokurorluq orqanlarına, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, İqtisadiyyat Nazirliyinə rəsmi məktubla müraciət etmişik ki, bu işdə kömək etsinlər”.

Tikiş evinin rəsmisi deyir ki, insanlar qiymət ucuzluğuna aldanırlar: “ Biz də 40 manata satırıq, onlar da. Elə ki, görürlər, alıcı qiymətdən narazı qaldı, deyirlər, 35 manatdan götür. 5 manat ucuzdu deyə o məktəbli formalarını alan çoxdur. Ancaq yaxşı olardı ki, insanlar aldanmasınlar və saxta formaların ucuzluğuna qaçıb almasınlar”.

E.Əzimov deyib ki, həmin saxta məktəbli forması alıb sonra peşman olanlar da var: “ Bu il neçə valideyn bizim yanımıza gəlib ki, bəs, başqa yerdən forma aldıq, iki ay sonra yarasız hala düşdü. Həmin məktəbli formaları tez nimdaşlaşır, heç bir keyfiyyətdən söz gedə bilməz. Bizim tikdiyimiz məktəbli formalarının isə 2 illik zəmanəti var və şagird onu 2 il geyinə bilər”.

E.Əzimov qeyd edib ki, bu il məktəbli formalarının qiymətində heç bir artım gözlənilmir: “ Yeni tədris ilinə tam hazırıq. Hər modeldə və ölçüdə məktəbli formalarımız var. Bu il Sumqayıtda daha bir satış mağazası açdıq. İndi 15 satış mərkəzimiz şənbə-bazar günləri də daxil olmaqla hər gün fəaliyyət göstərir. Qiymətlər eynidir. Aşağı siniflər üçün kostyumların qiyməti 40 manat, yuxarı siniflər üçün isə kostyumların qiyməti 46 manatdır. Bu il Göyçay və İsmayıllıdan sifarişlərimiz oldu. Hələ ki, bölgələrdə mağazalar açmaq fikrimiz yoxdur”.

Qeyd edək ki, valideynlər məktəbi forması ilə bağlı əlavə məlumat əldə etmək istəsələr, “Bakı Tikiş Evi”nin qaynar xətti (012 597-45-39) nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR