17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda məktəbli formaları bahalaşa bilər
Dolların məzənnəsi manata nisbətən bahalaşarsa, məktəbli formalarının qiymətində artım ola bilər.
Emtv.az xəbər verir ki, bunu azvision.az-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
Onun sözlərinə görə, hələlik məktəbli formalarının qiymətlərində dəyişiklik gözlənilmir. “Biz parçaları Türkiyədən dollarla alırıq. Həmin parçalar yüksək keyfiyyətlidir. Hələlik manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük. Əgər dollar yenidən bahalaşsa, məcbur qalıb qiymət artımına gedə bilərik”.
Qeyd edək ki, keçən il BTE tikdiyi məktəbli formalarının qiymətini 8,5 faiz bahalaşdırmışdı. Aşağı siniflər üçün 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37 manatadək, yuxarı sinif şagirdləri üçün 32 ölçüdən 54 ölçüyədək məktəbli forması dəstinin qiyməti 43 manatdan 46 manatadək artırılmışdı.
Emtv.az