SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

ƏLİ KƏRİMLİNİ KİM MALİYYƏLƏŞDİRİR? – Hakim komandada “təmizləmə” gözlənilir?

17-08-2017, 10:01 | Oxunub: 9 604 |

“Kərimliyə ən böyük maddi dəstək isə Prezident Administrasiyasındakı bəzi məmurlar tərəfindən verilir”

ƏLİ KƏRİMLİNİ KİM MALİYYƏLƏŞDİRİR? – Hakim komandada “təmizləmə” gözlənilir?

Emtv.az xəbər verir ki, hökumətin onlayn media quruluşlarından biri – avropa.info saytı sözün əsl mənasında sensasiyalı bir iddia ilə çıxış edib.

Emtv.az-ın məlumatına görə, saytın 15 avqust tarixli sayında dərc olunmuş “Əli Kərimlini Prezident Administrasiyasından kimlər və nəyin qarşılığında maliyyələşdirir?” sərlövhəli yazıda iddia olunub ki, AXCP sədri Əli Kərimlinin əsas maliyyə mənbəyi Prezident Administrasiyasında əyləşib!

Yazıda öncə AXCP sədrinin ailəsinin Londonda yaşamasına, övladlarının burda bahalı məktəblərdə oxumasına diqqət çəkilir, “bu pullar hardandır”, deyə sual edilir və ardınca “milyonlarla hesablanan” bu pulların mənbəyi göstərilir. Müəllif qeyd edir ki, əvvəllər AXCP sədri ləğv olunmuş MTN tərəfindən maliyyələşdirilib. Lakin MTN AXCP sədrinin hökumət daxilindəki yeganə maliyyə mənbəyi olmayıb.

ƏLİ KƏRİMLİNİ KİM MALİYYƏLƏŞDİRİR? – Hakim komandada “təmizləmə” gözlənilir?


Sitat: “Lakin qaraguruhun “sönməz günəş”inin alış-verişi bununla da bitmir. Kərimliyə ən böyük maddi dəstək isə Prezident Administrasiyasındakı (PA) bəzi məmurlar tərəfindən verilir. Kərimlinin Prezident Administrasiyası tərəfindən gələn sifarişləri məmnuniyyətlə yerinə yetirməsi və bunun müqabilində yüksək “qonorar” alması barədə məlumatlar mövcuddur. Avropa.infoya daxil olan təkzibolunmaz məlumatlara görə qaraguruhun “yeganə lideri” bu gün də Prezident Administrasiyasında əyləşən bəzi şəxslər tərəfindən maliyyələşdirilir və instruktaj edilir. Söhbət heç də dövlət və dövlətçilik prizmasından getmir. Axı Kərimli belə işlərdə olduqca yarıtmazdır. Dövlət və dövlətçilik anlayışları qaraguruhun “sönməz günəş”i uçun yad anlayışlardır.

Söhbət Kərimlidən “su bulandırmaq”, şantaj vasitəsi, hakimiyyət daxilindəki rəqiblərə hücum məqsədli istifadədən gedir. Bu barədə saytımıza kifayət qədər faktlar daxil olub və Əli Kərimlinin PA-nin bəzi işçilərinin agenti olduğunu sübut etməyə vaxtımız çox getməyəcək…”


İcazənizlə, sual edək: NƏ BAŞ VERİR? Bu ağır ittihamlar Prezident Administrasiyasında kim(lər)ə qarşı yönəlib? Həqiqətənmi PA-dan kimlərsə Əli Kərimliyə pul buraxır? Bu ittihamları hakim komandada böyük “təmizləmənin” anonsu hesab etmək olarmı?

Gözləyək…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR