SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Prokuror nazir postuna gətirilir - Vasif Talıbovun kadr dəyişikliyi barədə yeni iddialar

16-08-2017, 12:40 | Oxunub: 19 520 |

Prokuror nazir postuna gətirilir - Vasif Talıbovun kadr dəyişikliyi barədə yeni iddialar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 28 iyul tarixli sərəncamı ilə vəzifəsindən azad olunan MR Daxili İşlər naziri Əhməd Əhmədovun yerinə kimin təyin ediləcəyi artıq məlumdur.

Emtv.az mediaya istinadən xəbər verir ki, çox böyük ehtimalla, Naxçıvan MR-in hazırkı prokuroru Səbuhi Şahverdiyev vəzifəsindən azad olunaraq Daxili İşlər naziri təyin olunacaq. S.Şahverdiyev DİN sisteminə yad adam deyil və prokurorluq orqanlarından əvvəl məhz polisdə işləyib. "Ali Məclis sədri onun namizədliyi üzərində dayanıb. Bu həftə qərarın rəsmiləşəcəyi gözlənilir” – mənbə bildirib.

SƏBUHİ ŞAHVERDİYEV KİMDİR?
Səbuhi Zəhmət oğlu Şahverdiyev 1972-ci il avqust ayının 10-da Naxçıvan şəhərində anadan olub. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib, 2001-ci ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2002-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunub. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir
.

Ailəlidir, iki övladı var.

S.Şahverdiyevinin qayınatası əvvəllər Naxçıvan Daxili İşlər nazirinin müavini vəzifəsində işləyib. Bəzi məlumatlara görə, onun sürətli karyera yüksəlişində məhz qayınatasının ciddi rolu olub. Bununla belə, MR rəhbərliyinin S.Şahverdiyevə ciddi etimadının olduğu da bildirilir. Onun, gözlənilmədən DİN rəhbəri postuna əsas namizədə çevrilməsi də elə bu etimaddan xəbər verir.

Xatırlatmaq yerinə düşər ki, Ə.Əhmədov vəzifəsindən azad olunduqdan sonra nazir postuna əsas namizədlər kimi iki nəfərin – hazırda nazir səlahiyyətlərini icra edən Səbuhi Novruzovun və MR DTX-sında yüksək post tutan bir şəxsin adları keçirdi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR