SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Biznes Mərkəzində ikigünlük seminar təşkil olunub

16-08-2017, 10:29 | Oxunub: 12 314 |

Naxçıvan Biznes Mərkəzində ikigünlük seminar təşkil olunub

Naxçıvan Biznes Mərkəzində xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə seminar təşkil edilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, seminarda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə “Xidmət sahələrində çalışan işçilərin xidmət səviyyəsinin yüksəldilməsinin zəruriliyi”, “Təbriz Mehmanxanası” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bəkir Baş “Beynəlxalq təcrübədə xidmət sahələrində çalışan işçilərin xidmət səviyyəsi və normaları”, “Naxçıvan” Universiteti Turizm İnformasiya Mərkəzinin rəhbəri Şahnaz Məmmədova “Turizmin inkişafında xidmət sektorlarının rolu” mövzularında çıxışlar ediblər.

Çıxışlarda bildirilib ki, sahibkarlığın inkişafı üçün muxtar respublikada münbit şərait təmin edilib. Özəl sektorun inkişafına göstərilən hərtərəfli dövlət dəstəyinin nəticəsində muxtar respublikada çoxsaylı sahibkarlıq subyektlərinin yaradılmasına nail olunub. Özəl sektorun inkişafı eyni zamanda xidmət sahələri üzrə peşəkar kadrların hazırlanmasını zəruri edir.

Qeyd olunub ki, bu gün muxtar respublikada turizmin inkişaf etdirilməsi xidmət sahələrinin rolunu daha da artırıb. Çünki xidmət sahələrində çalışan işçilər turistlərlə birbaşa təmasda olduqlarından onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi də əsas məsələlərdəndir. Buna görə də xidmət sahələrində çalışan işçilərin öz peşəsini daha dərindən bilməsi, regiona gələn turistlərin tələbatlarına uyğun olaraq servislərin təşkili tələb edilir. Servislər zamanı göstəriləcək operativlik və peşəkarlıq bu sektorun uğuruna zəmin yaradır.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, seminar bu gün başa çatacaq. Seminarda iştirakçılar “Xidmət sektorunda peşəkarlığın artırılması” və “Xidmət sahələrində çalışan işçilər üçün tələblər” mövzularında məruzələr dinləyəcəklər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR