SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Partiya üzvləri Putinin prezident kürsüsündən getməsini təklif edir- NƏ QƏDƏR Kİ, O, HAKİMİYYƏTDƏDİR...

11-08-2017, 15:39 | Oxunub: 7 928 |

Partiya üzvləri Putinin prezident kürsüsündən getməsini təklif edir- NƏ QƏDƏR Kİ, O, HAKİMİYYƏTDƏDİR...

“Nə qədər ki, Putin prezident kürsüsündədir, Rusiyanın Qərblə münasibətlərinin normallaşdırılmasından danışmağa belə dəyməz”.

Emtv.az xəbər verir ki, bu fikri Rusiyanın “Rost” Partiyasının Siyasi Şurasının üzvü, internet-ombudsman Dmitriy Mariniçev jurnalistlərə açıqlamasında deyib.

“Mən onun nə tərəfdarı, nə də əleyhdarı deyiləm, ancaq bütün bu işlərin səbəbkarı Putin özüdür və bu “hörməti” də özü qazanıb. Mən prezident Putinlə Qərblə olan münasibətlərimizi yenidən bərpa edəcəyimizə inanmıram. Ona görə də Putinin 2018-ci ildə prezidentliyə namizədliyinin Rusiya üçün hər hansı uğur gətirəcəyinə inanmıram. Bu problemi ancaq yeni simalarla həll etmək olar”- deyə, Mariniçev bildirib.

Onun fikrincə, Putinin atdığı bir sıra konkret addımlar Rusiya ilə Qərb arasındakı münasibətlərin korlanmasına səbəb oldu: “Hansı ki, bu addımalara ehtiyac yox idi. Ona görə də indi münasibətlərin normallaşması üçün korrektələrə ehtiyac var. Bunu Putin edəcək və yaxud yenisi deyə bilmərəm. Amma bunu elə etmək lazımdır ki, prezident seçkilərində rusiyalılara seçim imkanı olsun”.

Partiyanın federal katibi Aleksandr Xuruci də partiyadaşının fikrini dəstəkləyərək Putinin prezident kürsüsünə vida etməsini təklif edir. Xuruci Putinin Krımı Rusiyanın tərkibinə qaytarmasını düzgün addım hesab etsə də, onu 2018-ci ildə prezident görmədiyini dilə gətirib: “2018-ci il Putinin getməsi üçün ən yaxşı məqamdır. Əgər o bunu edərsə hər zaman başı uca gəzəcək”.

A.Xuruci onu da əlavə edib ki, indiki şəraitdə Putini seçkilərdə məğlub etmək elə də asan məsələ deyil: “İndiki məqamda ona qalib gəlmək çox mürəkkəb məsələdir. Çünki o bu gün çox böyük elektoral reytinqə malik şəxsdir. Biz seçkini udmasaq belə, öz mövqeyimizi cəmiyyətə çatdırmağı bacarmalıyıq”.

Digər partiya üzvləri də Putinin növbəti ilə prezidentliyə namizədliyinin verməməsi təklifi ilə çıxış ediblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR