18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞ-ın kəşfiyyat şefi Putinin planını açıqladı
"Rusiya prezidenti Vladimir Putinin xarici siyasəti Rusiyanın böyük dövlət kimi qəbul edilməsinə hesablanıb”.
Emtv.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirlə Nyu-Yorkda Beynəlxalq Münasibətlər üzrə Şuranın konfransında ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms çıxış edib.
“Putin Rusiyanı böyük dövlət kimi görür. Rusiya lideri üçün fövqəladə dərəcədə əhəmiyyətlidir ki, onun ölkəsinə hörmət etsinlər və Rusiya ABŞ-la bərabər səviyyəli dünya dövlətinə çevrilsin”, - Klepper bildirib.
O, Moskva və Vaşinqtonun münasibətlərini “çox pis” şəkildə qiymətləndirib: “Münasibətlər çox pisdir. Bizdə fikir ayrılıqları çoxdur. Məsələn, Suriya və Ukrayna məsələləri üzrə”.
Klepper eyni zamanda, etiraf edib ki, Rusiya beynəlxalq səhnədə əsas ölkələrdən biridir. O, beynəlxalq münasibətlərin “soyuq müharibə” dövründəki ikiqütblü sistemdən çoxqütblü sistemə keçdiyini bildirib və əlavə edib ki, bu tarixi prosesə təsir etmək mümkün deyil.