SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Taekvandoçularımız reytinq cədvəlində ilk onluqda

11-08-2017, 15:13 | Oxunub: 8 496 |

Taekvandoçularımız reytinq cədvəlində ilk onluqda

Dünya Taekvando Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub.

Emtv.az xəbər verir ki, avqust ayı üçün tərtib olunan siyahıda yığmamızın dörd taekvandoçusu yer alıb. Aktivində 482,93 xalı olan “Rio-2016” Olimpiya Oyunlarının qalibi Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsində ilk sırada yer alır.

Hesabında 460,96 xal olan dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə birincidir.

Altmış səkkiz kiloqram çəki dərəcəsində “Bakı-2017”nin və İslamiadanın çempionu 192,17 reytinq xalına malik olan Ayxan Tağızadə isə doqquzuncu pillədədir. Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) doqquzuncu yerdədir. Onun aktivində 211,53 xal var.

Qeyd edək ki, reytinq xalları Dünya Taekvando Federasiyasının təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir. Taekvando qaydalarına görə 2020-ci ildə keçiriləcək Tokio olimpiadasına qədər reytinq xalları sayəsində cədvəldə ilk altılıqda olan idmançılar olimpiadaya birbaşa vəsiqə qazanırlar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR