17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
AZƏRBAYCANIN DOQQUZ QADIN GÜLƏŞÇİSİ BEYNƏLXALQ REYTİNQ SİYAHISINDA YER ALIB
Dünya Güləş Birliyi 2015-ci ilin noyabrında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni beynəlxalq reytinq siyahısını açıqlayıb.
"EMTV.az" xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qadın güləşçilərin reytinq sıralamasında 9 təmsilçimizin adı var.
Bakıda keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində gümüş medal qazanan Nataliya Sinişin (55 kq) 4 pillə irəliləyərək reytinqdə 7-ci sırada qərarlaşıb. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Netreba bir pillə irəliləyərək 4-cü sıraya yüksəlib. Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik (48 kq) reytinq siyahısında ikinciliyini qoruyub. İki güləşçimiz - Anjela Doroqan (53 kq, 6-cı yer) və Nadya Muşka (63 kq, 14-cü yer) mövqeyi dəyişməz qalıb. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç (58 kq) 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb.