SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda “sahibi olmayan” villalar: - onlar niyə boş qalıb?

11-08-2017, 14:23 | Oxunub: 9 642 |

Bakıda “sahibi olmayan” villalar: - onlar niyə boş qalıb?

Paytaxtın bir çox yerlərində, xüsusilə Badamdarda, Əhmədli, Bakıxanov qəsəbələrində yaşayış olmayan onlarla villa var. Ekspertlərə görə, elə villalar var ki, sahibləri həbs edildikdən sonra baxımsız qalıb. Elə villalar da var ki, sahibi iflas edib, tikintinin davamı üçün imkanı olmayıb. Bu villaların sahibləri dövlətə vergi də ödəmir.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirir ki, belə villalar Bakının hər yerində var. Və bu villalar sahibsiz deyil. Sadəcə bəzi villaların sahibləri onları yaddan çıxarıb: "Bəziləri mülkiyyətçinin maddi resursları çox olanda tikintiyə başlayıb, tikinti aparıb. Sonradan hansısa formada iflasa uğrayıb, imkanları zəifləyib, tikinti yarımçıq qalıb. Bu gün həmin sahibkar nə onu normal qiymətə sata bilir, nə də tikintisini davam etdirə bilir. Tikintisi başa çatmış, amma istifadə edilməyən tikililər də çoxdur".

Ekspert bildirir ki, son illər belə villaların satış təklifi artıb: "Məsələn, elektrik-qaz qiymətləri artırıldı, müxtəlif qərarlar qəbul edildi. Belə olan vəziyyətdə 5 villası olan şəxslər onlardan 3-nü saxlamaqdan imtina etməyə başladı. Çünki belə villaların saxlanma xərcləri artıb. Belə formada olan, satışa çıxarılan, amma uzun müddət realizə olunmayan, satıla bilməyən tikililər çoxdur. Bu gün bu tikililərin reyestrini aparsaq, onları saysaq, kifayət qədər çox olduğunu görərik".

R. Osmanlı bildirir ki, bu mülklər tərk edilməyib, bu mümkün də deyil: "Bəzən olur ki, imkanlı bir adam imkansız birinin adına ev tikdirir. İndi həmin sahibkar həbs edilib, mülk də qalıb baxımsız. Heç o kasıbın xəbəri də yoxdur ki, adına mülk var. Yəni belə hallar çoxdur"

Tikinti eksperti Elnur Fərzəliyevin sözlərinə görə, ticari yolla qazanan insanlar villa tikdirərək gözə çarpmaq istəmirlər. Villa tikdirən şəxslərin əksəriyyəti qara pulları gizlətmək üçün başqa-başqa şəxslərin adına tikdirirlər: "Qara pulları evdə saxlamaq olmur, banka qoymaq olmur. Ən yaxşı yatırım əmlakdır. Əvvəllər villaların alıcısı da çox idi. Qanuni yolla pul qazanmayanlar ya belə villaları tikdirib və daha sonra satıb qazanc əldə edir, ya da tikdirib yatırım kimi saxlayırdı".

E. Fərzəliyev qeyd edir ki, villaların əksəriyyəti eyni adamlara məxsusdur. Bunu evlərin dizaynına fikir verəndə də görmək olar. Ekspert bildirir ki, villa sahibləri dövlətə heç bir vergi ödəmir: "Əgər ərazi bələdiyyənin balansındadırsa, cüzi vergi verilir. Bələdiyyə balansında deyilsə, heç nə ödəmirlər. Bakı 11 əraziyə bölünüb və vergini villa satılan zaman əraziyə görə, kvadratmetri üçün ödəyirlər. Villalarda yaşayış olmadığı təqdirdə sahibkarlar kommunal xidmətlərə pul da ödəmirlər".

Badamdar ərazisində onlarla yaşayış olmayan villa var: "Axşam saatlarında Batamdara gəlsəniz görərsiniz ki, 70 faiz villalarda işıq yanmır. Bu da o deməkdir ki, ərazidə yaşayış yoxdur. Qeyd etdiyim ərazidə yaşayış kiçik evlərdədir. Böyük evlər ölü kapital kimi qalıb".

4 ildən çoxdur ki, villa alışına heç kim sərmayə qoymur. Hamı kiçik mənzillərə, bina evlərinə üstünlük verir: "Daha çox xaricdə yaşayan həmyerlilərimiz bina evlərinə sərmayə qoyur. Dollar bahalaşdıqdan sonra onlara Azərbaycanda ev almaq daha çox sərf edir. Ev alanların əksəriyyəti şəhərdən kənar evlərə üstünlük verirlər. Villaların alıcısı isə yoxdur".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR