SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

HÜSEYN ABDULLAYEVDƏN SABİQ DEPUTATA SƏRT CAVAB – “Qardaşın “kaznit” ediləndə …”

11-08-2017, 12:14 | Oxunub: 8 678 |

HÜSEYN ABDULLAYEVDƏN SABİQ DEPUTATA SƏRT CAVAB –  “Qardaşın “kaznit” ediləndə …”

Keçmiş millət vəkili, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev sabiq nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun sonuncu müsahibəsində işlətdiyi bəzi fikirlərə cavab verib. O, özünün facebook səhifəsində bu barədə yazıb. H.Abdullayevun həmin statusunu kiçik ixtisarla təqdim edirik:

“Əziz həmvətənlərim!!!

Mən şübhə etmirəm ki, sizlər ölkə daxilində baş verən prosesləri, eləcə də heç bir əxlaq çərçivəsinə sığmayan biabırçılıqları diqqətlə izləyirsiniz. Elə bu baxımdan da hadisələrə detallı fikir bildirməyə ehtiyac görmürəm.

HÜSEYN ABDULLAYEVDƏN SABİQ DEPUTATA SƏRT CAVAB –  “Qardaşın “kaznit” ediləndə …”

Lakin iki gün öncə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və bir vaxtlar güya “millət vəkili” olmuş Elton Məmmədovun başından böyük verdiyi bir açıqlamasına diqqət yetirmənizi xahiş edirəm. Deməli, “adam” xaricdə yaşayan bütün soydaşlarımızı şərəfsiz adlandırır. Hesab edirəm, bu açıqlamanın nə qədər provakativ olub-olmamasından asılı olmayaraq, fikir bildirməliyəm.

Əvvəla, onu deyim ki, öz ana yurdunu tərk etməyə məcbur qalan muhacirlərin şərəfinə şübhəylə baxan insanların nəsli, sülaləsi və var-yoxları şərəfsizdir. İkincisi, ey şərəf lövhəsində ən yuxarıda duran zat, əgər elə cəsarətlisənsə, niyə qardaşı “kaznit” ediləndə, cəzalandırılanda, sənin cınqırın belə çıxmadı?!.. Yoxsa səsin tutulmuşdu, ay bədbəxt?!

Mən 2007-ci ildə millət vəkili olarkən (yəni Almaniyada deyil, elə Azərbaycanda yaşayarkən) hökümətin yarıtmaz fəaliyyətini üzünə tənqid etdiyimdə, sənin kimi “divarzadələr” mənə qarşı çıxıb, parlamentdə mənimlə baglı çağırılmış “fövqaladə iclas”da həbs olunmağımı tələb etdiniz. Məgər mən bilmirdimmi hakimiyyəti tənqid etdiyim üçün həbs ediləcəm? Və yaxud bilmirdimmi ki, mənim də mülkiyyətimə həbs qoyulacaq? Əlbətdə bilirdim, özü də çox yaxşı bilirdim. Amma həmin vaxt qarşımda iki həyati önəm daşıyan seçim var idi: ya özümü təsdiq edib, mənliyimi və bütün var dövlətimdən üstün olan adımı qorumaq, ya da nəfsimə təslim olub sürünərək, eyni zamanda öz gözümdən düşərək kölə hayatını davam etmək. Onu da tam səmimiyyətimlə qeyd edim ki, çəkdiyim bu əziyyətlərə və bəzən də qəlbimdə acı iz buraxan xatirələrə baxmayaraq, xoşbəxtəm. Çünkü bu günə kimi öz keçmişimdən utanacaq və kiminsə qarşısında xəcalət çəkəcək heç bir addım atmamışam. Və ən əsası ona görə ki, mənsub olduğum və canım qədər sevdiyim Azərbaycan xalqına xəyanət etməmişəm…”


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR