SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ziya Məmmədovun yeni vəzifəyə gətiriləcəyini iddia etsələr də, gözləntilər reallaşmadı

3-03-2017, 10:07 | Oxunub: 7 660 |

Ziya Məmmədovun yeni vəzifəyə gətiriləcəyini iddia etsələr də, gözləntilər reallaşmadı
Ölkə prezidentinin sərəncamı əsasında Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların bazasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Nəticədə yeni nazirliyə təyinat almayan keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifə pilləsindən uzaqlaşdırıldı.

Emtv.az xəbər verir ki, bəziləri Ziya Məmmədovun yeni vəzifəyə gətiriləcəyini iddia etsələr də, gözləntilər reallaşmadı. Modern.az saytı aradan keçən müddəti nəzərə alaraq Ziya Məmmədovdan yeni açıqlama almağa çalışsa da, sabiq nazir telefonlara cavab verməyib.

Eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov isə mətbuata açıqlamasında deyib ki, Ziya müəllim hazırda istirahət edir. "Çünki uzun müddət gərgin iş qrafikində işləyən insan olub. Ona görə də hazırda vaxtını istirahətə sərf edib. Mütaliəyə geniş vaxt ayırıb. Bildiyiniz kimi, Ziya müəllim müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin, ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır”.

"Ziya Məmmədovu yaxın vaxtlarda hansısa sahədə görə bilərikmi” sualına Elton Məmmədov belə cavab verib.

"Ziya müəllim sağlam düşüncəli, potensiallı, intellekti yüksək olan insandır. Yəqin ki, 10-15 gün istirahət edəndən sonra hansısa sahəni seçmək məsələsində qərar verər. Amma onun yerinə mən konkret nəsə deyə bilmərəm”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR