SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ötən ay Muxtar Respublikada dəmir yolu nəqliyyatında 540 ton yük daşınıb

10-08-2017, 15:10 | Oxunub: 10 564 |

Ötən ay Muxtar Respublikada dəmir yolu nəqliyyatında 540 ton yük daşınıb

İyul ayında muxtar respublikada dəmir yolu nəqliyyatı ilə Naxçıvan ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 6 min 540 ton müxtəlif təyinatlı yük daşınıb, 11 min 873 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib.

Emtv.az xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən azərtac-a bildirilib ki, ötən ay Culfa Lokomotiv Deposunda elektrovozlar 5 dəfə texniki baxışdan keçirilib, 1 lokomotiv isə cari təmir olunub. Culfa İstismar Vaqon Deposunda isə 21 müxtəliftipli vaqon cari təmir edilib. İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilib, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları torpaq, çınqıl, daş və tullantılardan təmizlənib. Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən iyul ayında Ordubad dəmiryol sərnişin vağzalı, eləcə də Yol Sahəsinin inzibati binalarında və 4 nömrəli yol məntəqəsində aparılan yenidənqurma, Ordubad Yol Sahəsinin yardımçı binalarında, Ordubad İdarəetmə Mərkəzində və Naxçıvançay Təhlükəsizlik Komandasının inzibati binasında aparılan əsaslı təmir işləri və Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi davam etdirilib.

Həyata keçirilən ardıcıl tədbirlər növbəti aylarda da dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR