17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan-Bakı qatarının hərəkət müddəti açıqlanıb
Naxçıvan-Bakı marşrutu ilə qatarların hərəkət müddəti 30-32 saat təşkil edəcək.
Emtv.az xəbər verir ki, bunu trend-ə Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları” QSC üzrə şöbəsinin sədri Xeyrulla Hümbətov deyib.
O həmçinin xatırladıb ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı artıq fəaliyyət göstərir:
“Astara (İran) – Rəşt dəmir yolunun tikintisi başa çatdıqdan sonra Naxçıvan-Bakı marşrutu üzrə qatar işə salınacaq. Bu, sərnişinlərin daha sürətlə daşınmasını, eləcə də 30-32 saat ərzində Muxtar Respublikadan travertin, mərmər, gips, “Badamlı” və “Sirab” mineral sularını, müxtəlif kənd təsərrüfatı məhsullarını, o cümlədən meyvə və tərəvəzi paytaxta çatdırmağa imkan verəcək”.
Onun sözlərinə görə, son 2 il ərzində ölkədə 380 kilometrdən çox dəmir yol əsaslı təmir edilib: “Dəmir yolu infrastrukturunun yenilənməsi gələcəkdə sərnişin qatarlarının sürətini 100 kilometr/saata, yük qatarlarının orta sürətini 60 kimlometr/saata çatdırmağa imkan verəcək”.
Emtv.az