18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycan baş nazirinin Türkmənistan prezidenti ilə görüşündə Xəzərin statusu məsələsi müzakirə olunub
Azərbaycan baş naziri Artur Rasi-zadə ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
A. Rasi-zadə Azərbaycanla Türkmənistanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən baş nazir ölkəmizin regionun tərəqqisindəki rolunu diqqətə çatdırıb. A. Rasi-zadə hər iki ölkənin geniş imkanlara malik olduğunu vurğulayıb.
Prezident Qurbanqulu Berdiməhəmmədov isə Türkmənistanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib. Türkmənistan dövlətinin başçısı neft və qaz istehsalçısı və ixracatçısı olan Azərbaycanın bu sahədəki fəaliyyətinə toxunub, ölkəmizin bununla bağlı liderliyinin əhəmiyyətini qeyd edib.
Görüşdə Xəzər dənizinin hüquqi statusunun həlli yolları, geosiyasi və geoiqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Emtv.az