SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rusiyada məhbus azərbaycanlılar tələblərini irəli sürdülər – Həbsxanada üsyan qalxdı

8-08-2017, 12:06 | Oxunub: 8 449 |

Rusiyada məhbus azərbaycanlılar tələblərini irəli sürdülər – Həbsxanada üsyan qalxdı

Bu günlərdə Rusiyanın Xakasiya Respublikasında məhbəs həyatı yaşayan Azərbaycan vətəndaşları yenidən məhkəmə qarşısına çıxarılacaqlar. Onlar Tacikistan və Qırğızıstan vətəndaşları ilə birlikdə həbsxanada kütləvi qarışıqlıq və üsyan qaldırmaqda ittiham edilirlər.

Rusiya Federasiyası İstintaq Komitəsinin Xakasiya Respublikası üzrə İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, 2016-cı ilin yayında 35 saylı islah-əmək düşərgəsində cəzalarını çəkən Azərbaycan, Tacikistan və Qırğızıstan vətəndaşları kütləvi qarışıqlıq törədiblər.

Rəsmi məlumata əsasən, onlar düşərgədəki rejimin yüngülləşdirilməsini tələb ediblər.

2016-cı ilin iyulunda 242 məhbus həbsxananın yataq hissəsində barrikadalar quraraq üsyan qaldırıblar. “Onlar həbsxananın qoyduğu rejim üzrə deyil, istədikləri vaxt namaz qılmaq, ibadət etmək, tanınma nişanları olmadan gəzmək, yuxarı düyməni bağlamamaq, arzuladıqları yerdə siqaret çəkmək kimi tələblər irəli sürüblər.

Üsyan vaxtı həbsxanaya 1 milyon 700 min rubl zərər vurulduğu bildirilir.

Ötən ilin iyul ayının 25-də fakt üzrə cinayət işi qaldırılıb. Üsyan təşkilatçılarından birinin istintaqla işbirliyinə gedərək, 2 il müddətinə azadlıqdan məhrum edilmə cəzası aldığı bildirilir. Onun hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilmir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR