18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Boksçularımız Minskdə 5 medal qazanıblar
Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq boks turnirinə yekun vurulub. Emtv.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə keçirilən yarışda 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.
Turnirdə mübarizə aparan Azərbaycan yığması vətənə 5 medalla dönüb. Millimizin heyətində Pərviz Bağırov (69 kq) finala kimi irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Umud Rüstəmov (56 kq) yarışı 3-cü pillədə başa vurub.
Digər 3 medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala yiyələniblər.
Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.
Emtv.az