SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Əhəd Abıyev Yasamala icra başçısı gəlmək üçün kimlərin qapısını döyür?

3-08-2017, 13:58 | Oxunub: 13 775 |

Əhəd Abıyev Yasamala icra başçısı gəlmək üçün kimlərin qapısını döyür?
Daşkəsəndə özünü sürgün olunmuş adam kimi hiss edən Əhəd Abıyev yerinə saxta diplomlu müavinini təyin etdirmək istəyir.

Daşəkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev hazırda vakant olan Yasamal rayon İcra Hakimiyyətinin başçısının kürsüsündə oturmaq üçün bütün əlaqələrini işə salıb.

Bu barədə Əhəd Abıyevin yaxın ətrafından sızan məlumata görə, Əhəd Abıyev özünü Bakıdan çox-çox uzaqlarda yerləşən Daşkəsəndə özünü sürgündəki kimi hiss edir.

Qeyd edək ki, Əhəd Abıyevin Daşkəsəndən Bakıya təyinat almaq üçün çalışması barədə bir neçə ildir ki, mətbuatda məlumatlar yayılır. Bundan əvvəl Əhəd Abıyevin gözü Xətainin icra başçısının kürsüsünü tutmuşdu. Mətbuatda gedən və təkzib olunmayan məlumatlara görə Razim Məmmədovu yerindən etmək istəyi bir neçə dəfə uğursuzluğa düçar olub.

Bütün bu uğursuz cəhdlərdən sonra isə Yasamal icra başçısının boşalan kürsüsünü özü üçün qaçırılmaz fürsət olaraq görən Əhəd Abıyev bir müddətdir ki, öz hamilərinin qapılarını dayanmadan döyür və ən tez bir zamanda Yasamala təyinat almaq üçün az qala hamilərinə yalvarır. Abıyevin yaxın olan mənbəmizin bildirdiyinə görə Daşkəsənin icra başçısının gözü telefonda qalıb və hər dəfə telefonu zəng çalarkən şad xəbər almaq ümidi ilə telefonunu açır.

Mənbə bildirir ki, Əhəd Abıyev camaat içində özünü elə aparır ki, güya ondan Yasamal İcra Hakimiyyətinin başçısı olmağı xahiş edirlər, o isə, "bu barədə, ancaq möhtərəm prezidentimiz qərar verə bilər”, deyərək xahişlərə diqqətsiz yanaşdığını nümayiş etdirir. Əslində isə Əhəd Abıyev gözlərini yumanda da Yasamalı görür və artıq Daşkəsəndə bir gün də oturmaq istəmir.

Mənbə bidirir ki, Əhəd Abıyev Daşkəsəndə özünün varisini də təyin edib. Bu əvvələr Əhəd Abıyevin sürücüsü işləmiş, daha sonra köməkçisinə və Daşəkəsənə getdikdən sonra isə müavininə çevrilən Namiq Süleymanovdur. Onsuzda son bir neçə ildə Daşəkəsəni idarə edən Namiq Süleymanov, (Əhəd Abıyev ilin 9 ayını Bakıda keçirir və Daşəkəsənə demək olar ki, bayram tədbirlərində iştiak etməyk üçün gedir.), öz işinin öhdəsindən gəlir və bu üzdən də Namiq Süleymanovun Daşkəsəndə başçı olması elə də çətinlik yaratmır. Lakin bəzi iddialara görə, Namiq Süleymanovun diplomu saxtadı və bu baxımdan onun başçı olması gələcəkdə qalmaqala səbəb ola bilər.

Mənbə bildirir ki, Namiq Süleymanovun saxta diplom almasını da, bu saxta diplomla başçı müavini təyin olunmasını da, birbaşa Əhəd Abıyev təşkil edib və bəzi dairələrdə buna sadəcə göz yumulub. Lakin Namiq Süleymanovun başçı təyin olunduğu halda məsələnin qalmaqala çevrilməsi istisna olunmur.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR