18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Formula 1-də 30 min bilet satılıb
Formula 1 Azərbaycan Qran Prisində satışa çıxarılan 30 min biletin hamısı satılıb.
Emtv.az xəbər verir ki, bunu trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, bu dəfə xarici vətəndaşlar tərəfindən alınan biletlərin sayı ötən illə müqayisədə iki dəfə çox idi.
Onun sözlərinə görə, tribunalar 97 faiz dolub: “16 sektordan 6-sı tam dolu idi, qalanları isə 97 faiz dolu idi”.
N.Arpadarai əlavə edib ki, ümumilikdə həm yarışlarda, həm də konsert proqramlarında 71 mindən artıq tamaşaçı iştirak edib. Bu da keçən illə müqayisədə 30 faizdən çoxdur. Şöbə rəhbəri vurğulayıb ki, yarışlardan gözləntilər özünü doğruldub: “Həm yarışın təşkilatçılığı, həm tamaşaçıların iştirakı, həm də xarici qonaqların gəlişi ilə bağlı gözləntilərimiz özünü doğrultdu, xarici vətəndaşlar yarışa böyük maraq göstərdi”.
Emtv.az