SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

ABŞ SANKSİYALARI AVROPANI DA VURUR! - “Almaniya narahatlığını bildirir”

1-08-2017, 10:01 | Oxunub: 5 582 |

ABŞ SANKSİYALARI AVROPANI DA VURUR! - “Almaniya narahatlığını bildirir”
Almaniyanın xarixi işlər naziri Ziqmar Qabriyel Rusiyaya qarşı yönəlmiş sanksiyalarla əlaqədar belə bir ehtimal irəli sürüb ki, ABŞ yeni sanksiyaların tətbiqindən ötrü hazırlanan qanun layihəsindən öz enerji şirkətlərini dəstəkləmək üçün bir vasitə kimi istifadə edir və buna görə də, özünün bu sahədəki rusiyalı rəqibləriylə iş görmək avropalılara qadağan olunur.

Ziqmar Qabriyel bildirib: “Milli maraqların qorunması və ya öz enerji sektorunun irəliyə aparılması üçün sanksiya siyasətindən istifadə olunması münasib vasitə sayıla bilməz”.

Konqres bu qanun layihəsini qəbul etdikdən sonra Putin özünün Finlandiya səfəri zamanı ittihamlarla çıxış edib: “Bu artıq xüsusi miskinliklə edilmiş ağırlaşdırılmış vəziyyətdir. Ona görə ki, bu, rəqabətdə geosiyasi üstünlüyündən açıq şəkildə istifadə etmək cəhdiylə, müttəfiqlərin hesabına öz iqtisadi maraqlarının təmin edilməsidir”.

Bu ittihamlar Rusiyanın sanksiyalara qarşı müdafiə elementlərindən yalnız biridir. Rusiya Xarici İşlər Nazirliyi prezidentin sözlərinə onu da əlavə edərək bildirib ki, ABŞ-ın Rusiyanın aqressiyası barəsindəki narahatlığı tamamilə boş şeydir.

Rusiya XİN bəyanatında deyilir: “Yaxşı məlumdur ki, iki tərəfli əlaqələri normallaşdırmaq, gündəlikdə duran vacib beynəlxalq məsələlər üzrə ABŞ ilə münasibətləri və əməkdaşlığı inkişaf etdirmək üçün Rusiya Federasiyası mümkün hər şeyi edir. Buna baxmayaraq, Birləmiş Ştatlar, onların daxili işlərinə qarışması kimi tamamilə uydurulmuş və əsassız bəhanələrlə bir-birinin ardınca anti-Rusiya aksiyaları həyata keçirir”.

Amerika kəşfiyyat agentliklərinin məmurları iddia edirlər ki, Hilları Klinton və Demokratlar partiyasına yönəlmiş bir sıra kiber hücumların cavabdehliyini məhz Rusiya daşıyır. Dövlət Departamentindən bildirirlər ki, Rusiya məmurları da amerikalı diplomatları qorxutmağa cəhd ediblər. Belə ki, Moskvadakı ABŞ səfirliyinin qarşısında dayanan polisin səfirliyə girmək istəyən amerikalı məmurun üzərinə hücum çəkməsi bu cür hadisələrdən biri hesab olunur.

Senatın silahlı qüvvələr komitəsinin sədri Con Makkeyn hələ iyun ayında demişdi: “Biz Vladimir Putinə hədsiz uzun müddət elə siqnal göndərdik ki, o, heç bir məsuliyyət daşımadan qonşusunun ərazisinə soxulsun, amerikanların müttəfiqlərini qorxuda bilsin və kiber hücumlarının intensivliyini artıraraq digər dövlətdəki seçkilərin gedişinə müdaxilə etsin. Əgər Rusiya öz hərəkətlərinə görə hesab ödəməzsə, bu cür pozuculuq fəaliyyətləri irəlidə də davam edəcək”.

Yeni sanksiyaya görə, ABŞ-la iş aparan şirkətlər Rusiyaya məxsus enerji layihələrində iştirak edə bilməzlər. Hazırkı vəziyyətdə ən əhəmiyyətli nümunə Rusiya hökumətinə məxsus olan şirkətlərin Avropanın şimalında apardıqları iri miqyaslı layihə olan “Şimal axını-2” qaz kəmərinin tikintisidir. Bu qaz xətti Rusiyanın Ukraynaya və Avropaya qarşı münasibətdəki mövqeyini möhkəmləndirəcək. ”Şimal axını-2” layihəsinin reallaşdırılmasında Almaniyanın və digər qərbi Avropa ölkələrinin bir neçə iri şirkətləri iştirak edir.

Elə buna görə də, Amerikan konqresmenləri avropalıları sakitləşdirmək üçün bir sıra addımlar atıblar. Xüsusən də, onlar həmin qanun layihəsinin yekun versiyasına sanksiyaların həyata keçirilməsində ABŞ və Avropanın qarşılıqlı fəaliyyətinin mümkünlüyü barəsində bənd əlavə ediblər.

Nümayəndələr Palatasının (konqres) beynəlxalq məsələlər komitəsinin sədri Ed Roys qanun layihəsi üzərində işləyən zaman deyib: “Rusiyanın aqressiyasına qarşı olan məsələlərdə bizim avropalı müttəfiqlərimizlə çiyin-çiyinə dayanmağımız xüsusilə vacibdir. Elə məhz buna görə də, iki partiya və həmçinin də konqreslə senat arasında gedən danışıqlar nəticəsində biz, Transatlantik əməkdaşlığın möhkəmlənməsinə imkan verən mühüm dəyişiklər aparmışıq”.

Ziqmar Qabriel doğrudan da, bu cür güzəştlərin olunduğunu etiraf edib. Lakin o əlavə edib ki, Berlin enerji sferasında Rusiya-Almaniya əməkdaşlığının qorunmasında sərt mövqe tutmaq niyyətindədir. Z.Qabriel deyib: ”Konqresin qanun layihəsindəki mətnində hər hansı bir tədbir görməmişdən öncə, ABŞ-ın avropalı tərəfdaşlarla məsləhətləşmələr aparmasının vacibliyinin qeyd olunması çox yaxşıdır. Amma biz ABŞ sanksiyalarının Avropa şirkətlərinə ziyan vurmasına dözümlə yanaşmayacağıq”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR