SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Atanın kuvaldla vurduğu qızı öldü

1-08-2017, 09:59 | Oxunub: 7 131 |

Atanın kuvaldla vurduğu qızı öldü
İyulun 24-də, gecə saat 03 radələrində Bərdə rayonunun Hacallı kəndində atası tərəfindən ağır xəsarət yetirilən 19 yaşlı Məleykə Əliyeva vəfat edib.

1968-ci il təvəllüdlü Saday Əliyev 1972-ci il təvəllüdlü həyat yoldaşı Gülbəniz Əliyevanı gecə yatdığı yerdə iri çəkiclə (kuvald) vuraraq öldürmüşdü. 49 yaşlı kişi övladları 19 yaşlı Məleykə və 14 yaşlı Muradı da eyni üsulla öldürməyə çalışsa da, Onlar ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq 19 yaşlı Məleykə dünən xəstəxanada vəfat edib. Muradın müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Saday Əliyev hadisədən sonra özünü həyətdə asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla Saday Əliyevin psixi xəstəlikdən əziyyət çəkməsi, qeyd edilən tarixdə yaşadığı evdə yatmış vəziyyətdə olan arvadı və övladlarının baş nahiyələrinə iri dəmir çəkiclə onlara qəsdən ağır bədən xəsarətləri yetirməsi və sonradan intihar etməsi müəyyən edilib.

Cinayətin aləti olan bir ədəd çəkic tapılaraq maddi sübut kimi götürülüb. Hazırda işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR