SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Sosial sahədə gözlənildiyindən daha çox addımlar atılıb” – Deputat

31-07-2017, 10:41 | Oxunub: 6 067 |

“Sosial sahədə gözlənildiyindən daha çox addımlar atılıb” – Deputat
Azərbaycanda son illər ərzində sosial sahədə gözlənildiyindən daha çox addımlar atılıb.

Emtv.az xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Fazil Mustafayev deyib.

Onun sözlərinə görə, son illər ərzində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün infrastruktur layihələrinə xüsusi diqqət yetirilib.

O qeyd edib ki, əhalinin aztəminatlı, xüsusilə yoxsul təbəqəsinin və əlillərin problemlərinin həlli istiqamətində addımlar atılıb: “Azərbaycan İpoteka Fondunun yaradılması, ipoteka şərtlərinin asanlaşdırılması, əhalinin mənzil problemlərinin həlli üçün imkanların yaradılması, sosial evlərin tikintisinə başlanılması, əlillər üçün evlərin tikilməsi, jurnalistlərə evlərin paylanılması – bunlar hamısı sosial kateqoriyaya aid olan məsələlərdir”.

Deputat son illər ərzində sosial sahədə mövcud olan bir çox nöqsanların aradan qaldırıldığını söyləyib.

Onun sözlərinə görə, əvvəllər sosial müavinətlərin verilməsi, əlilliyin müəyyən edilməsi sahəsində mövcud olan bir çox neqativ hallar ortadan qaldırılıb.

F.Mustafayev deyib ki, sosial sahə bütün ölkələrdə, o cümlədən ABŞ-da həmişə nöqsanların olduğu sahə olub: ”İstər-istəməz əhalinin işsizi də, yoxsulu da, müəyyən problemləri həll edilməyənləri də olur. Amma bu insanların çox sıxıntı içində qalmaması üçün bu istiqamətdə vaxtaşırı çevik qərarların qəbul olunması vacibdir. Devolvasiya zamanı kreditlərlə, bank kartları ilə bağlı insanların müəyyən çətinlikləri yarandı. Amma bu sahədə də müəyyən islahatların aparılması ümid yaratdı ki, devolvasiya və başqa proseslərdən zərər çəkmiş insanların problemlərinin həlli istiqamətində müəyyən müsbət addımlar atılacaq”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR