18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Evə əxlaqsız qızlar gətirən qonşusunu öldürdü- BAKIDA
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə söz dövlət ittihamçısına verilib.
Prokuror çıxışında S.Məmmədovun törətdiyi əmələ görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Səxavət Məmmədov dəfələrlə mübahisə etdiyi qonşusu Müşfiq Şükürova şişlə bir neçə dəfə zərbə endirərək qətlə yetirib.
Hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib. Cinayətin baş verməsinə səbəb yataqxananın birinci mərtəbəsində yaşayan Ağdam rayonundan olan məcburi köçkün 46 yaşlı Müşfiq Şükürovun qonşusu Cəbrayıl rayonundan olan məcburi köçkün S.Məmmədovu narahat etməsi olub. S.Məmmədov qonşusunun nalayiq söyüşlərindən, gecə saatlarına qədər davam edən dava-dalaşından, evə əxlaqsız qadınlar gətirməsindən bezdiyi üçün onunla dəfələrlə mübahisə etdiyini, sonda isə belə bir hadisənin baş verdiyini deyib.
Qeyd edək ki, Səxavət Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqdirli bilinir.
Emtv.az